Andrey Arnautov (ukr. Арнаутов Андрій; 27 avqust 1967, Rostov-na-Donu) — Amerika və Ukrayna caz ifaçısı, bəstəkar, musiqi prodüseri; Ukraynanın ən məşhur caz musiqiçilərindən biri[1][2][3].
Andrey Arnautov | |
---|---|
Doğum tarixi | 27 avqust 1967 (57 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 1986-cı ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Andrey Arnautov 27 avqust 1967-ci ildə Rostov-na-Donuda anadan olub. 1983-cü ildə Rostov İncəsənət Məktəbinin caz, bas gitara və kontrabas şöbəsinə daxil olub. 1986-cı ildə üçüncü kursun sonunda Qnesins adına Moskva Musiqi Kollecinə köçürülür və orada kontrabas sinfində təhsilini davam etdirir. Moskvada oxuyarkən o, özünün “Tranzit” qrupunu qurur, onunla müxtəlif caz festivallarında çıxış edir[4].
SSRİ ərazisində müxtəlif cem-seanslarında iştirak edən hələ kifayət qədər gənc Andrey Arnautovun Pat Metheni, Dizzi Qillespi və Paul Horn kimi caz əfsanələri ilə eyni səhnədə olmaq şansı var idi[5].
1990-cı ildə Andrey Arnautov ABŞ-a köçür. Orada dünyanın ən nüfuzlu təhsil ocaqlarından birinə - Berkli Musiqi Kollecinə (Boston, ABŞ) daxil olaraq təqaüd alır[6]. Berklidə oxuyarkən Andrey ara-sıra trubaçı Roy Harqrov, vibrafonçu Viktor Mendoza ilə birgə ifa edir. Burada Mixail və Aleksey Tsıqanovlarla birlikdə "Ümumi zəmin" müəllif layihəsini qurur. Daha sonra, orada artıq Endryu Valentin kimi tanınan əfsanəvi trubaçı, ölməz "Yamayka Funk" hitinin müəllifi Tom Braun ilə əməkdaşlıq etmək şansı qazanır. Andrey Arnautov dəfələrlə Hank Cons, Archie Shepp, Çarli Byord, Kenvud Dennard[4] kimi caz ulduzlarının köməkçisi olur. O, eyni konsert proqramında əfsanəvi blyuzmenlər Baddi Qaem və Bi-Bi Kinq, eləcə də əfsanəvi basçı Stenli Klark ilə çıxış edir[7]. 1993-cü ildə Andrey Arnautov Vinston-Salemə (Şimali Karolina, ABŞ) köçüb və burada pianoçu Ken Rodes ilə birgə «Noble cause» albomunu yazdırırlar.
Andrey Arnautov həmişə Afro-Kuba musiqisi ilə maraqlanıb, onun Berklidəki müəllimlərindən biri əfsanəvi latın caz basçısı Oskar Staqnaro olub[4]. Vinston-Salem şəhərində yaşayarkən Andrey şəhərdə bu günə qədər uğurla konsert fəaliyyəti ilə məşğul olan, lakin fərqli heyətlə ilk West End Mambo salsa qrupunu qurur[8].
Andrey Arnautov mütəmadi olaraq zərb alətləri ifaçısı Rey Barretto və nağara ifaçısı Bobbi Sanabria kimi tanınmış ifaçılarla Latın cem seanslarında iştirak edirdi.
2002-ci ildə Ukraynaya köçdükdən sonra Andrey Arnautov öz layihələrini qurmağ diqqət yetirir.
2004-cü ildə o, Yamaykada musiqidən dərs deyib, burada Bob Marley İnstitutunun direktoru Estor Blek ilə əməkdaşlıq edərək musiqi kurikulumu hazırlayıb[4][6].
2005-ci ildə o, o vaxtlar canlı caz əfsanəsi olan trubaçı Lyu Soloffun da daxil olduğu Valentin Kvarteti layihəsinin uğurla çıxış etdiyi Caz Koktebel festivalının təşkilatçılarından biri idi[9][10][11].
Andrey Sonni Rollinsin pianoçusu Mark Soskin ilə də əməkdaşlıq edir: birlikdə bir sıra konsertlər verərək, Andrey Arnautovun orijinal musiqisini özündə birləşdirən albom yazırlar[12].
2013-cü ildən Andrey Arnautov qismən Ukraynada, qismən də ABŞ-da yaşayır.
2013-cü ildə “The Guide” tarixi dramının saundtrekinin çəkilişində iştirak etmiş, eyni zamanda filmdə kontrabas ifaçısı rolunu oynamışdır.
Andrey Arnautov bir neçə müəllif qrupunun (Pax Fractal, Triangular Matrix və s.)[6][13][14][15] rəhbəridir.
Müxtəlif musiqi və digər yaradıcılıq layihələrində, Ukrayna və xarici musiqiçilərlə əməkdaşlıq edir, festivalların, qastrolların iştirakçısı və həmtəşkilatçısıdır və prodüser fəaliyyəti ilə məşğul olur.
1994 — Ken Rhodes Trio «Noble Cause»[16]
2000 — Clare Fader «The Elephant’s Baby»[17]
2000 — Greg Hyslop «Greg Hyslop Trio» (with Andrew Valentine on bass in «How insensitive»)[18]
2006 — Andrew Valentine «Compiled over the years»[19]
2008 — Alex Fantaev, Andrew Arnautov, Mark Soskin, Dmitry «Bobeen» Alexandrov «SkhidSide meets Mark Soskin»[20]
2008 — «Compilation: Bass Kolo»[21]
2013 — Andrew Arnautov «Manifestations»[22]
2016 — Andrew Arnautov «Sıçan» (single)[23]