Andrey gəvəni

Andrey gəvəni (lat. Astragalus andreji) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Andrey gəvəni
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Andrey gəvəni Azərbaycanın endemik bitkisidir. İlk dəfə Bozdağ sahəsində 1953-cü ildə təsvir edilmişdir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

80-150 sm hündürlükdə, budaqları şaxəli, uzun və möhkəm tikanlıdır. Yarpağı 2-3,5 sm uzunluqda, 4-6 cüt ellipsvari və neştərvari formalı, yarpağını tökən koldur. Yumurtavari yarpaq altlıqlarının ucu neştərvari, 5-6 mm uzunluğunda, ağ tüklüdür. Tədricən tamamilə çılpaqlaşır və sarımtıl rəngdə olur. Çiçək altlıqları kasacığa bərabərdir. Yarpaqların qoltuğundan çıxan 2-3 ədəd çiçəkləri 2-9 sm uzunluqda sünbülvari çiçək qrupu əmələ gətirir. Kasacığı 5-7 mm uzunluqda, qalın, ağ tüklüdür. Tacı sarı, tutqun damarlı, kasacıqdan təxminən 2 dəfə uzundur. Dişiciyi tüklüdür. Toxumu sarımtıl, uzunluğu 2,5 mm, eni 1 mm-ə yaxındır. İyunda çiçəkləyir, meyvələri iyulda yetişir. Paxlası tükcüklüdür. Meyvə örtüyündən təmizlənmiş toxum təmizlənməmişdən bir neçə dəfə tez və çox cücərmə qabiliyyətinə malikdir. Toxum, kök və gövdə qələmləri ilə də çoxaldılır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Təbii şəraitdə dəniz səthindən 200-300 m hündürlükdə, gilli və daşlı yamaclarda bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvanda, Bozdağ silsiləsinin bir çox ərazilərində təbii yayılaraq kolluqlar əmələ gətirir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Yaşıllaşdırmada, qumluqların bərkidilməsində istifadəsi məqsədyönlüdür. Andrey gəvənindən alınmış qətranın tərkibində olan bassorinin miqdarı başqa növlərə nisbətən çoxdur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov