Anfas

Dürerin avtoportreti (1500): İnsanın anfas təsvir olunduğu ilk portret hesab edilir. Buna qədər belə təsvirlər yalnız İsa Məsih və müqəddəslərin müstəsna hüququ idi.

Anfas, həmçinin fas (fr. en face — ön üz, öndən, üzdən) — üzü baxana tərəf[1], insanın, mürəkkəb fiqurun və yaxud obyektin tamamilə tamaşaçıya tərəf yönəlmiş üzünün vəziyyəti.

Tez-tez işlənən formaları: "anfas şəkil çəkmək" yəni üzü obyektivə tərəf, "anfas qoymaq" — üzü tamaşaçıya tərəf.

  1. "Грамота.ру". 2009-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-16.