Anika Boşkoviç

Anika Boşkoviç (d. 1714, Raqusa Respublikası – ö. 13 avqust, 1804, Raqusa) — Raqusalı yazıçı.

Anika Boşkoviç
Doğum tarixi 3 dekabr 1714(1714-12-03)
Doğum yeri
Vəfat tarixi 13 avqust 1804(1804-08-13) (90 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı

O pastoral mahnılar yazır və onları italyan dilindən tərcümə edirdi. Yezuitlər tərəfindən təbliğ olunan xristianlıq mövzuları onun yaradıcılığın əsas mövzusu idi. Onun adı Raqusa ədəbiyyatında ən vacib qadın adlarından biridir.[1] "Dialoq" (1758) əsəri Raqusa ədəbiyyatında qadın müəlliflərdən tərəfindən yazılan ilk və yeganə bədii əsəridir.

Boşkoviç 3 noyabr və ya 3 dekabr tarixində 1714-cü ildə Raqusada doğulub. Ailədə 9 uşaqdan ən kiçiyi idi. Onun valideynləri Paula Bettera varlı italyan ailədən idi. Atası Nikola Boşkoviç isə mənşəcə Orahov Do-dan olanbosniyalı tacir idi. Qardaşı Rocer Jozef Boşkoviç tanınmış fizik, astronom, riyaziyyatçı, filosof, diplomat, şair, ilahiyyatçı, yezuit priyesti və erudit idi.[2] Digər qardaşları Latinist Baro Boşkoviç və şair Petar Boşkoviç Raqusa mədəniyyətinə öz töhfəsini veriblər. Anika Boşkoviçin müasirləri Mariya Bettera-Dmitroviç, Lukretsiya Boqaşinoviç və Dositey Obradoviç idi.

  1. Petaković, Stanko. "Anica Bošković Arxivləşdirilib 2015-02-14 at the Wayback Machine". Knjizenstvo, theory and history of women's writing in Serbian until 1915.
  2. Biography: Roger Joseph Boscovich Arxivləşdirilib 2010-11-27 at the Wayback Machine, S.J., Fairchild University website.