Ankara türk. Ankara Tren Garı | |
Ölkə | Türkiyə |
Şəhər | Ankara |
Tikilmə ili | 30 oktyabr 1937 |
Sahibi | TRDD QSC |
Operatoru | TRDD QSC |
Ankara Dəmiryolu Stansiyası - Türkiyə Dövlət Dəmir Yollarının Ankara şəhərində yerləşən mərkəzi dəmir yolu stansiyası. Stansiya Ankara şəhəri, Altındağ ilçəsi, Ulus mikrorayonu ərazisində yerləşir. Stansiyanın ilk binası 1892-ci ildə Anadolu dəmiryollarının bir stansiyası olaraq inşa edilmişdir. Fələstin və Mezopotamiya cəbhələrinə döyüş materialları bu stansiyadan hərəkət edən vaqonlarla təmin edilirdi. Buna görə 1914-1918-ci illər arasında Ankara stansiyasında heç bir sərnişin xidməti göstərilməmişdir. Çox az yük xidməti mövcud idi. Müharibədən sonra stansiya Britaniya hərbi nəzarəti altına girmişdir. Amma Türkiyədə başlanan qurtuluş savaşı nəticəsində ərazi ingilislərdən təmizlənmiş və Ankara yeni qurulan dövlətin paytaxtına çevrilmişdir. Türkiyə Qurtuluş savaşı sona çatmasından sonra İstanbuldan Ankaraya gedən sərnişin qatarı xidmətləri bərpa edildi. Stansiya 1 iyun 1927-ci ildə Türkiyə Respublikası Dövlət Dəmiryolları tərəfindən satın alınmışdır. Hazır ki binanın inşasına isə 4 mart 1935-ci il tarixində başlanılmış və 30 oktyabr 1937-ci ildə tamamlanmışdır. Ar-deko stilində inşa edilən binanın layihə müəllifi Şekif Akalındır. Türkiyə paytaxtının erkən illərinə aid əsərlərindən biridir.
Stanisya binası daxilində Atatürk Konutu ve Dəmiryolları Muzeyi, Ankara Açık Səma altında Buxarlı Lokomotiv Muzeyi, TRDD Dəmiryolu Muzeyi və Sənət Qalereyası vardır.