Anna Rudolf (mac. Rudolf Anna; doğ. 12 noyabr 1987, Mişkolts, Macarıstan) — macar şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2008), kişilər arasında beynəlxalq usta (2015).[1] Daha çox şahmat şərhçisi və analitiki kimi tanınır.[2]
Anna Rudolf | |
---|---|
mac. Rudolf Anna | |
Ölkə | Macarıstan |
Doğum tarixi | |
Doğum yeri | Mişkolts, Macarıstan |
Titulu | kişilər arasında beynəlxalq usta (2015) |
Son reytinqi | 2325 (iyul 2018) |
Maksimal reytinqi | 2393 (iyul 2010) |
FİDE nömrəsi | 722855 |
annarudolfchess.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Anna Rudolf Mişkolts şəhərində anadan olsa da, uşaqlığı Macarıstanın cənubundakı kiçik Batasek şəhərində keçib. Dörd yaşında olarkən bacısı ilə birlikdə şahmat oynamağa başlayıb. Peç Universitetinin məzunudur. 2008, 2010 və 2011-ci illərdə Macarıstan çempionu olub.[3]
Anna Rudolf qadınlardan ibarət Macarıstan yığmasının heyətində 2008, 2010 və 2012-ci illərdə Olimpiadaların,[4] 2009, 2011, 2013 və 2015-ci illərdə isə Avropa çempionatlarının iştirakçısı olub.[5]
Anna Rudolf mövqe oyunçusudur və fransız müdafiəsi tərəfdarıdır.[6]