Anna Klaudiya Senkoro ( 1962 - 4 yanvar 2017-ci ildə vəfat edib) — Tanzaniyalı siyasətçi və Tanzaniya-Maendeleo Mütərəqqi Partiyasının (PPT-Maendeleo) üzvü.[1] 14 dekabr 2005-ci il seçkilərində PPT-Maendeleo üzrə prezidentliyə namizədliyini irəli sürmüşdür. Senkoro seçicilərin 0.17% səsini (18741 səs) toplayaraq namizədlər arasında ümumilikdə on səkkizinci yeri tutdu.[1] O, seçkilərdə namizədliyini irəli sürən yeganə qadın siyasətçi idi.[2] Prezident seçkilərdə iştirak edən ilk qadın siyasətçi kimi Tanzaniya tarixinə öz adını yazdırmışdır.[3][4]