Annuitet məbləğinin gələcək dəyəri

Annuitet – borcun aylıq bərabər hissələr ilə ödənilməsidir. Yəni annuitet ödəniş zamanı sız qalıq məbləğdən asılı olmayaraq, hər ay bərabər miqdarda məbləğ (kredit+ ona görə faiz) ödəyirsiniz.  Bu ödənişlər aylar üzrə elə hesablanır ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun.

Məsələn:Bankın 22% ilə 12 ay müddətində verilmiş 2000 manat dəyərində kreditin aylıq ödənişi 187.79 manatdır.Bu nümunədə aylıq ödəniləcək məbləğ annuitet məbləğini göstərir.

Annuitet ödəmənin düsturu:

1. Hər ay annuitet ödəmə:

,

burada:

A – aylıq annuitet ödəmə,

K – annuitet əmsalı,

S – kreditin məbləğidir.

2. Annuitet əmsalı:

              

burada:

K – annuitet əmsalı,

i – kredit üzrə aylıq faiz dərəcəsidir (=illik dərəcə/12 aya),

n – kreditin ödənilməsi müddətində dövrlərin miqdarı.[1]

Annuitetin 2 növü var: Müəyyən annuitet və qeyri-müəyyən annuitet

Müəyyən annuitet- Müəyyən annuitetlərdə ödənişlər müəyyən bir zaman müddəti ərzində başlayır və müəyyən bir tarixdə bitir. Məsələn, kreditlərin ödənişlərinin başlama və bitmə tarixi bəllidir.

Qeyri-müəyyən annuitet -  qəza sığortası,təqaüd aylığı kimi ödənişlərdə isə, ödənişlərin başlama ya da bitmə tarixi naməlum olduğu üçün bu cür annuitetlərə deyilir.

Annuitet ödənişinin mahiyyəti özünü onda göstərir kredit ödənişinin ilk ilində (və ya illərində, müqavilənin müddətindən asılı olaraq) aylıq ödənişlərin tərkibində əsas payı borc üzrə faizlər tutur. Amma əsas borc məbləği (kreditin əsas hissəsi) çox cüzi hissədə azalır və ya ümumiyyətlə azalmır. Kredit müqaviləsinin son aylarında (və ya illərində) ödənilir.

Banklar üçün annuitet ödəniş sistemindən istifadə sərfəli hesab olunur. Çünki banklar bu zaman faizlərdə daha çox mənfəət qazanırlar.

Borcalanlar üçün isə bu sistemin yeganə üstünlüyü,  aylıq ödənişlərin bəbabər olmasıdır.[2]

  1. http://banker.az/dict/index.php?title=Annuitet_%C3%B6d%C9%99m%C9%99l%C9%99r
  2. "Arxivlənmiş surət". 2019-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-15.