Anqlezit — mineral, Pb[SO4]
Anqlezit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
PbSO₄[1] |
Strunz təsnifatı | VI/A.09[2] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d][3] |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Anqlezit — Rombik. Habitus incə və qalın lövhəvari, prizmatik. Ayrılma {001} üzrə mükəmməl, {110} üzrə orta. Aqreqat: dənəvər, konsentrik zonalı jelvaklar; tez-tez qalenitin reliktlərilə birlikdə. Kristalları rəngsiz, yaxud zəif rəngli — boz, sarı, yaşıl, göy. Parıltı şüşəli, almazı, tutqun. Sərtliyi 2,5–3. Xüsusi çəkisi 6,38. Ultrabənövşəyi şüalarda sarı rəngdə flüoressensiya edir. Pb-Zn yataqlarının oksidləşmə zonasında tapılır.