Anri Hoppenot (tam adı: Anri Hoppenot, fr. Henri Hoppenot; 25 oktyabr 1891[1][2][…], Parisin 8-ci rayonu[d][3] – 7 avqust 1977[3], Parisin 1-ci rayonu[d][3]) — fransız diplomat, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının fransız sədri (1952-1955), Hind-Çinin komissarı (1955-1956) və bu vəzifəni tutan son şəxs.
Anri Hoppenot | |
---|---|
fr. Henri Hoppenot | |
Doğum tarixi | 25 oktyabr 1891[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 7 avqust 1977[3] (85 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | diplomat |
Üzvlüyü |
O, öz fəaliyyətinə 1914-cü ilin avqust ayında Xarici İşlər Nazirliyinin Mətbuat Ofisində başladı. O, burada Aleksis Lejenin (sonralar Sen-Jon Pers) ilə dost olmuşdu; onlar altmış ildən çox dostluq etmişdilər. Onlar nazirliyə gələndə burada artıq diplomat yazıçılar vardı: Jan Jirodu, Pol Moran və Pol Klodel. O, Dariyus Miyonun librettoçusu idi.[4] 1917-ci ildə Berndəki Fransa Səfirliyində attaşe idi. Yelena Delacur ilə evlənmişdi. 1938-ci ildə Xarici İşlər Nazirliyinin Avropa bölməsinin direktor müavini vəzifəsini icra edirdi. 1940-cı ildə diplomat fəaliyyətinə Montevideoda davam etmişdi.
Anri Azad Fransaya getmiş və Vaşinqton şəhərində hərbi missiyanın mülki xidmətlərinə rəhbərlik etmişdir.[5][6] 1943-cü ildə Respublika Müvəqqəti Hökumətinin ABŞ-dakı nümayəndəsi olmuşdur. Səkkiz ay müvafiq vəzifə boş qaldıqdan sonra 1945-1952-ci illərdə Berndə Fransanın səfiri vəzifəsini icra etmişdir. O, 1944-1953-cü illərdə Cenevrədə Fransanın Baş Konsulu vəzifəsini icra edən Ksavye de Qollun da köməyi ilə iki dövlət arasında inamı bərpa etmək niyyətində idi. 1951-ci ildə Anri, Bern İncəsənət Muzeyinin Fəxri üzvü olmuşdur.
1952-1955-ci illərdə BMT-nin Təhlükəsizlik Şurasında Fransanın daimi nümayəndəsi idi.[7] 1955-1956-cı illərdə Hind-Çində Fransanın komissarı, 1956-1964-cü illərdə isə Fransa Dövlət Şurasının üzvü olmuşdur.
Anri Hoppenot həyat yoldaşı, bacarıqlı fotoqraf Yelena ilə birlikdə Uzaq Şərqdə çəkilmiş fotoşəkillərindən ibarət Extrme-Orient (Ides et Calendes, 1951) adlı kitab hazırlamışdır.