Ansion — "Ulduz müharibələri" kainatında uydurma planet.[1] Obi-Van Kenobi və Anakin Skayvolker "Klonların hücumu" (2002) filminin hadisələrindən əvvəl planeti ziyarət etmişdir. Ansion planetinin Qalaktik respublikadan çəkilərək separatçı hərəkata qoşulacağı haqqında dedi-qodular yayılmışdır və bu məsələni həll etmək cedaylara həvalə edilmişdir.[2][3]