Antalyanın mühasirəsi (1207) - Bizans-Səlcuq müharibələrinin gedişində bu mühüm liman şəhərinin türklər tərəfindən tutulması ilə nəticələnən hadisə.
1204-cü ildə dördüncü səlib yürüşü nəticəsində Bizans imperiyasına müvəqqəti olaraq son qoyuldu və onun ərazisi yeni yaranan dövlətlər arasında bölüşdürüldü. "Bizansın varisi" olan Nikeya imperiyası Kiçik Asiyanın qərbində xeyli xeyli əraziyə sahiblənsə də, bu əraziləri öz əlində saxlaya bilmədi.
1204-1205-ci illərdə Kiçik Asiyadakı keçmiş Bizans mülklərinə səlcuqların uğurlu yürüşündən sonra 1207-ci ildə türklər Antalyaya doğru hərəkət etdilər (XI əsrin sonlarında türklər bu şəhəri tutmuş və bir müddət öz əllərində saxlaya bilmişlər) və qısa müddətli mühasirədən sonra şəhərə yiyələnərək Aralıq dənizinə çıxış imkanı əldə etdilər. Kiçik Asiyada türklərin hakimiyyətinin möhkəmlənməsinin yeni mərhələsi başlandı.