Antaqonizm (mikrobiologiya)

Mikrobiologiyada antaqonizm mikroorqanizmlər arasında qeyri-simbiotik əlaqənin bir növüdür, burada bir ştam digərinin böyüməsinin tamamilə qarşısını alır və ya ləngidir. Bu prosesi həm təbii, həm də süni (laboratoriya) şəraitdə müşahidə etmək mümkündür. Antaqonist mikrorqanizmlər istənilən taksonomik qrupa aid oluna bilərlər.[1]Ümumilikdə mikroorqanizmlərin bu halı bioloji antaqonizmin bir hissəsidir. [2]

Mikroorqanizm digər mikroorqanizmin böyüməsinə və fəaliyyətinə maneə törədən antibiotik xüsusiyyətləri olan kimyəvi maddələr ifraz etdikdə bu hal baş verir. Bu zaman kimyəvi maddəni ifraz edən mikroorqanizm rəqabət üstünlüyü əldə edir. Digər mexanizmlər də mümkündür. Mikroorqanizmlərin antaqonizmi daimi rəqabətin olduğu torpaqda geniş yayılmışdır. Bu proses ilk dəfə 1877-ci ildə L. Paster tərəfindən təsvir edilmişdir.[3]

Mikroorqanizmlər arasında antaqonizmə nümunə olaraq nistatin istehsal edən aktinomisetlər tərəfindən maya artımının qarşısının alınmasını göstərmək olar. Başqa bir nümunə, qrammənfi aerob çubuqşəkilli bakteriya lat. pseudomonas aeruginosa tərəfindən digər qrammənfi bakteriya növü olan taun çöpünün qarşısının alınması.

  • antibiotiklərin istehsalında;
  • kənd təsərrüfatında torpağın münbitliyinin artırılması və patogen orqanizmlərlə mübarizədə;
  • tibbdə;
  • qida sənayesində.

Antaqonist digər növlər

[redaktə | mənbəni redaktə et]

Antaqonist mikroorqanizmlər kimi təbiətdə yaşamaq uğrunda mübarizədə həmişə barışmaz ziddiyyətli münasibətdə olan digər növlər də mövcuddur. Məsələn, koralina və kodium yosunlarının ifraz etdiyi bioloji təbəqə əmələ gətirən maddə bığayaqlı xərçənglərin (dəniz qozası) və molyuskların (midilər) sürfələrinə öldürücü təsir göstərdiyindən bu orqanizmlərə bir yerdə rast gəlinmir. Bu yosunların ifrazatı həm də bakteriosit xassəyə malikdir. Parazit-sahib və yırtıcı-qənimət münasibətində də növlərin antaqonistliyi mövcuddur.[4]

1. Axundov M. A., Mehrəliyev Ə. Ə., Əliyev A. R., Muradova E. Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.

  1. Talaro, Kathleen P. FOUNDATIONS IN MICROBIOLOGY (ingilis). McGraw-Hill. 2012. 205–206. ISBN 978-0-07-337529-8.
  2. "Биологический антагонизм. Микробы против микробов". Хабр (rus). 2021-06-22. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  3. "Уроки антибиотической истории | "Клінічна імунологія. Алергологія. Інфектологія"". kiai.com.ua. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  4. "Экология бактерий". nsau.edu.ru. 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.