Tərbiyə sözü ərəbcə "əl-tərbiyə" sözünün "rəbb" kökündən əmələ gəlib.O üç mənanı ifadə edir: "Rəba"- doğri yol göstərmək;"Rəbi"-bəsləmək,yetişdirmək,böyütmək,tamamlamaq;"riba"-çoxaltmaq.[1]
Tərbiyə işi insan cəmiyyətinin yarndığı ilk dövrlərdən meydana gəlmiş,şəxsiyyətin formalaşması,onkişafı,davranışı prosesidir. Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik,bacarıq və təcrübənin məqsədyönlü,planlı,mütəşəkkil şəkildə gənc nəslə aşılanmasıdır.[2]
Qədim yunan filosofu Aristotelə görə,Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi əsas yer tuturdu.Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər,gələcək quldarlar yetişdirməkdən ibarət idi.Ona görə də quldar övladlarının fiziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi.
Plutarx yazırdı ki,"yeni doğulan uşaqları ağsaqqallar nəzərdən keçirirdilər.Əgər o,(uşaq) möhkəm və ahəngdar quruluşlu olardısa,onu tərbiyə etmək üçün atasına qaytarar,zəif və eybəcər uşaqları Tayqet yanındakı uçurumdan atardılar.Onlar zənn edirlər ki,belə uşağın həyatı nə onun özünə,nə də cəmiyyətə mənfəət verə bilməz.Çünki təbiət ona əvvəldən qüvvət və yaxşı bədən quruluşu verməmişdir".
Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar.Lakin sonralar dövlət gənc nəslin tərbiyə və təlim vəzifəsini öz üzərinə götürdü.Belə tərbiyə uzunmüddətli olub üç mərhələni əhatə edirdi:
a) 7 yaşdan 14 yaşadək;
b) 14 yaşdan 20 yaşadək;
c) 20 yaşdan 30 yaşadək.[3]
Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi.Bu məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər tayin olunurdu ki,onlara pedanom deyilirdi.
Birinci mərhələdə uşaqlar pedanonum-tərbiyəçinin rəhbərliyi altında tərbiyə alırdılar.Onlar birlikdə yaşayır,oxu və yazı vərdişlərinə yiyələnirdilər.Fiziki hazırlığa isə xüsusi yer verilirdi,belə ki,oğlanların bədəni möhkəmləndirilir,habelə onlara soyuğa,aclığa,ağrılara və susuzluğa tab gətirmək aşılanırdı.Gənc spartalılar qaçmağa,hoppanmağa,əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən istifadə etməklə yanaşı,hərbi mahnılar oxumağa da hazırlanırdılar.Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə verilirdi.Onları müxtəsərliyə,öz fikrini qısa və yığcam söyləməyə alışdırırdılar.
Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə musiqi və nəğmə məşğələləri də əlavə edilirdi.Tərbiyə üsulları getdikcə sərtləşirdi.Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi.Gənclərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi,lakin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə məhdudlaşdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. Yaşlılar tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların qarşısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq spartalıları sərxoşluqdan qorumaq üçün "ayıqlıq dərsləri" təşkil etmişdi.Bu "dərslərdə" qullar içməyə məcbur edilirdi ki,spartalılar sərxoşluğun nə qədər iyrənc və çirkin bir iş olduğunu gözləri ilə görsün və buna şəxsən əmin olsunlar Uşaqların tərbiyəsindəki mühüm məsələlərdən biri onların tikanlı,lakin zərif formada və bir neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri idi.Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki,buna "lakonik nitq" deyilirdi.
Likurq pul sikkəsini hörmətdən salsa da "söz sikkəsi" ilə başqa cür davrandı.O,istəyirdi bir neçə sadə sözdə çox dərin məna ifadə olunsun.Uşaqlar uzun müddət dinməz dayanmağı öyrənib,dərin mənalı cavab verməyə alışırdılar.Ona görə də belə yığcam danışan adamların vətəninin adından "lakonik danışıq " anlayışı yaranmışdır.Sonralar spartalılar bu xüsusiyyəti daha da inkişaf etdirirdilər.Spartada tərbiyə ənənələri daha çox avtoritar xarakter daşıyır,sərt fiziki və hərbi tərbiyə əsas yer tutur,savad təliminə,təhsilə də kifayət qədər diqqət yetirilmirdi.Fiziki tərbiyədə dövlət üçün möhkəm bədənli döyüşçülər yetişdirilməsi nəzərdə tutulurdu.Spartada mükəmməl şəxsiyyət dedikdə,fiziki cəhətdən möhkəm döyüş çü nəzərdə tutulurdu.Belə tərbiyə sisteminin hərtərəfliliyi qədim dövrlərdə formalaşmış dövlət sistemi ilə şərtlənirdi.Dövlətin əsas vəzifəsi isə qulları itaətdə saxlamaq idi.[4]
Afinada hərtərəfli inkişaf etmiş şəxslər tərbiyə etmək vəzifəsi qarşıya qoyulmuşdu.Onlar həm fiziki,əxlaqi,həm də əqli cəhətdən inkişaf etmiş,gözəl zövqə malik insanlar olmalı idilər.Bu cür adamların hakim təbəqədən seçilməsi və tərbiyə olunması nəzərdə tutulurdu.Ardıcıl təlim-tərbiyə təcrübəsinin əsasını yarış prinsipi (aqonistika) təşkil edirdi.Uşaqlar,yeniyetmələr və gənclər həmişə gimnastikada,rəqsdə,musiqidə yarışır,öz bilik,bacarıq və vərdişlərini kütlə qarşısında nümayiş etdirirdilər.[3]
Afinada uşaqlar 7 yaşa qədər ailədə tərbiyə alırdılar.Bundan sonra oğlan uşaqları məktəbə gedir,qızlar isə ailədə tərbiyə almaqla ev işlərinə alışdırılırdı.Varlı ailələrdən olan oğlanlara xüsusi peda qoq nəzarət edirdi.
Tərbiyəçi pedaqoqlar təsərrüfatda işləyə bilməyən,fiziki cəhətdən zəif,quldarlar üçün faydasız hesab olunan qullardan olurdu.Tərbiyəçi müsbət keyfiyyətlərin daşıyıcısı olmadığından çox vaxt onun tabeliyində olan uşaqlar da həmin keyfiyyətləri mənimsəyirdilər.
Afinada uşaqlar 7 yaşdan 13–14 yaşa qədər qrammatika və kifara (musiqi) məktəblərində təhsil alırdılar ki, həmin məktəblər xüsusi adamlar tərəfindən açılırdı.Bu məktəblərdə təhsil pullu olurdu.Aşağı təbəqənin uşaqları orada az hallarda oxuya bilərdilər.Uşaqları didaskal-müəllim oxudurdu.
Kifara məktəbində uşaqlara musiqi,nəğmə,bədii qiraət öyrədilirdi.Bununla da uşaqlara ədəbi və musiqi təhsili verilirdi.Məktəb proqramının alfa və omeqası Homerin poemalarının öyrədil məsindən ibarət idi.Bununla bağlı,qədim yunan mütəfəkkiri Platonun fikrincə,"Elladanı Homer tərbiyə etdi".
Homerin "İliada" və "Odisseya" poemaları yalnız savad və musiqi təlimində didaktik material olmayıb,həm də yeniyetmələri həyati münasibətlərlə tanış edir,onları əxlaq ənənələrinə daha da yaxınlaşdırırdı.[4]
Musiqi məktəblərində təlim sinkretik xarakter daşıyırdı.Yəni Homerin poemalarının hekzamentləri musiqinin müşayiəti ilə uzada-uzada söylənilirdi.Oğlanlar 13–14 yaşlarında palestra adlanan məktəblərdə oxumağa davam edir,fiziki təmrinlərlə ciddi məşğul olurdular. Orada onlara beş bacarıq-qaçmaq,hoppanmaq,güləşmək,ox atmaq,üzmək öyrədilirdi.Bütün bunlar gələcək döyüşçü üçün vacib şərtlər idi.
"İdeal vətəndaşlıq məktəbini"- kifara (musiqi) va palestrani (gimnastika) bitirənlər üçün təhsilin növbəti pilləsi-gimnasi (sonralar gimnaziya) hesab olunurdu.Afinada qadın təhsili və tərbiyəsinin məzmunu və vəzifələri olduqca sadə idi.Afina tərbiyə sistemində qızların ailə qurana qədər evdə tərbiyə alması nəzərdə tutulurdu. Onlar ailədə sadə oxu və yazı vərdişlərinə yiyələnir, musiqi təlimi keçirdilər.[4]
Qızlar adamlar arasında çox nadir hallarda, məsələn, dini mərasinlərdə görünərdilər.Onlar yalnız ev işləri ilə məşğul olurdular.Spartada olduğu kimi,Afinada da qullar "danışan alət" adlandırılırdı.Afina ilə Sparta təhsil sisteminin arasındakı bir fərq odur ki,spartada tərbiyə müəssisələri dövlətin əlində olduğu halda,Afinada qrammatika,kifara və palestra məktəbləri xüsusi adamların ixtiyarında idi.Spartada tərbiyə daha çox hərbi-fiziki xarakter daşı dığı halda,Afinada isə əksinə,zehni və estetik tərbiyəyə üstünlük verilirdi.
Afina məktəblərində özünütəkmilləşdirmə amillərinə üstünlük verilirdi.Afina təhsil sistemi hərtərəfli şəxsiyyət kimi fiziki cəhətdən sağlam,zahiri və daxili gözəlliyi özündə birləşdirən adamlar yetişdirməyi bir vəzifə kimi qarşıya qoymuşdu.Bu vəzifənin yerinə yetirilməsində Afina dramı mühüm rol oynamışdır.
Afina dramları şəxsiyyətin intellektual və mənəvi inkişafına müsbət təsir göstərmişdir. Dramlarda dövrün əsas idealı-quldarlıq dövrünün azad vətəndaşı, polisin siyasəti və etikasının müdafiəçisi, onun mənəvi sərvətlərinin daşıyıcısı obrazı öz əksini tapmışdır. Dramlardakı qəhrəmanlar öz vətənləri yolunda canından keçməyə hazır olan vətənpərvərlərdir. Bu da Afina təhsil sisteminin müsbət məziyyətlərindəndir.[5]