Antil cərəyanı — Atlantik okeanın ərazisindən keçən isti dəniz cərəyanı. Baham adalarının şimalında Florida cərəyanı ilə birlikdə Qolfstrim cərəyanını təşkil edir. Şimal Ekvatorial cərəyanının Antil adalarına çatması və Koriolis qüvvəsinin təsiri nəticəsində şimala doğru istiqamətlənir. Suyunun temperaturu fevralda +25 °C, avqustda isə +28 °C olur. Sürəti 0,9 — 1,9 km/s təşkil edir. Duzluğu 36—37‰ olur.
Antil cərəyanı | |
---|---|
Ümumi məlumatlar | |
Akvatoriya | Atlantik okean |
Tip | İsti |
Orta axın cərəyanı | 0.9-1.9 |
Orta temperatur | 25-28 |
Duzluluğu | 36-37 ‰ |
Vikianbarda əlaqəli mediafayllar |