Antiparazitar immunitet

Antiparazitar immunitet- Müxtəlif parazitlərlə törədilən invaziyalar zamanı da makroorqanizmdə hüceyrəvi və humoral immunitetin formalaşmasıdır.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Bədənimizin içində immunitet sistemi adı verilən qəribə və bir o qədər də maraqlı müdafiə etmə mexanizmi vardır. İmmunitet sistemi insanoğlunu "mikrob" deyə təyin olunan , infeksiyaya yol aça bilən virus, bakteriya, göbələk və parazit kimi mikroorqanizmlərin zərərverici təsirlərinə qarşı qoruyur. İnsan bədəni ətrafında olan çoxlu sayda mikrobun hücumuna uğrayır və bu orqanizmlər bədənimiz ə girə bilmək üçün məşğul olurlar. Sağlam bir bədən; qarşılaşdığı xəstəlik faktorlarıyla və xarici maddələrlə əksəriyyətlə gizli mübarizə aparır. Mikoblarla mübarizə apara bilmədiyimiz vəziyyətlərdə xəstə olarıq.

İmmunitet sisteminin vəzifələri[redaktə | mənbəni redaktə et]

İmmunitet sisteminin vəzifəsi də əvvəlcə bu orqanizmlərin bədənə girmələrinə maneə törətmək və ya girərsə bədənə girdikləri yerdə udmaq , yayılmalarını qarşısını almaq ya da gecikdirməkdir. İmmunitet sistemi bu vəzifələrini, həyat müddəti boyunca davam etdirir ancaq bəzi şərtlərdə immunitet sistemi köməyə ehtiyac duya bilər.

İmmunitet sisteminin xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

  • Tanıma funksiyası - İmmunitet sistemi, çox qəribə bir quruluşa malikdir. İmmunitet sisteminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri öz və özünə xarici milyonlarla müxtəlif düşməni tanıyıb ayırd edə bilmə qabiliyyətinə sahib olmasıdır.
  • Xatırlatma funksiyası- İmmunitet sisteminin digər bir xüsusiyyəti də, xatırlama qabiliyyətinə, yəni immune yaddaşına sahib olmasıdır. Bu xüsusiyyəti sayəsində immunitet sistemində vəzifəli olan bütün hüceyrələr, ilk qarşılaşdığı xarici görər, yaddaşında saxlayır və daha sonra gördüyündə də xatırlayar.
  • Müdafiə funksiyası- İmmunitet sistemimizin bədənimizi müdafiə etmədə müvəffəqiyyətli olmasının altında yatan sirr isə bədənimiz içərisində ətraflı və dinamik bir ünsiyyət şəbəkəsinə sahib olmasından qaynaqlanır. Milyonlarla və milyonlarla hüceyrə, arı kovanının ətrafını qucaqlayan arı çoxluqları kimi bir araya gəlib Serbiyali halında təşkil olar və məlumatları arxadan irəliyə doğru yönəldir. Bir dəfə immunitet hüceyrələri xəbərdarlığı aldıqları zaman, taktiksel bəzi dəyişiklər gedərək çox güclü kimyəvi fermentlər sintez etməyə başlayırlar. Bu maddələr hüceyrələrin öz hərəkətlərini qaydalarına icazə verərək bədən müdafiə başladar.

Canlılar öldüyü zaman immunitet sistemləri də (digər hər şeylərlə birlikdə) yox olar. Saatlar içərisində bədəni çox müxtəlif bakteriya , parazit və mikrob zəbt edər. Ancaq bunların heç biri immunitet sistemimiz çalışdığı zaman bədənimizə girə bilməz. Amma immunitet sistemimizin pozulduğu və ya yox olduğu nöqtədə bədənimizin müdafiə qapıları sonuna qədər açıq qalar. Bunun nəticəsində də allergiya, artrit, infeksiyalar və ya AIDS kimi bir çox xəstəliyin gündəmə gəldiyi vəziyyətlərlə qarşılaşa bilərik.

Parazitlər və immunitet[redaktə | mənbəni redaktə et]

Müxtəlif parazitlərlə törədilən invaziyalar zamanı da makroorqanizmdə hüceyrəvi və humoral immunitet formalaşır. Spesifik anticisimlər parazitlərin , xüsusən helmintlərin AAHS mexanizmi ilə məhv olunmasını şərtləndirir. Parazitlərlə birləşmiş spesifik anticisimlər ( İgE və ya İgA) eozinofillər tərəfindən tanınır.Aktivləşmiş eozinofillər deqranulyasiya nəticəsində helmintlərə öldürücü təsir edən bir sıra toksik maddələr ifraz edir.Parazitlər infeksiyalarda müşahidə edilən eozinofiliya (eozinofillərin sayııin artması) bununla əlaqədardır.Törədicilərə qarşı əksər hallarda LTYH formalaşır. Bir çox parazitlərin ( məsələn, malyariya plazmodiumlarının, toksoplazmaların) orqanizdə çoxmərhələli inkişaf sikli olanın antigen quruluşunun dəyişilməsilə müşayiət olunur ki, bu da parazitlərin immunitet amillerinin təsirindən yayınmasını təmin edir.

Beləliklə, infeksion xəstəliklər zamanı orqanizmin törədicilərə qarşı rezistentliyi immunitetin çoxsaylı hüceyrəvi və humoral amilərilə təmin edilir. Müxtəlif infeksion xəstəliklərdə xəstəliyin müxtəlif mərhələlərində orqanizmin reaksiyasına immun mexanizmin çoxsaylı arsenalı cəlb olunur. Şübhəsiz ki, burada protektiv immunitetin formalaşmasında baş tənzimedici rol T- limfositlər sisteminə məxsusdur.Bununla belə, infeksion xəstəliklərdə immun cavabın formalaşmasında T-limfositlərə və çoxsaylı digər köməkçi hüceyrələr də mühüm rol oynayır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Z.Ö.Qarayev , A.İ.Qurbanov , “Tibbi mikrobiologiya və immunologiya” – “Təbib” nəşriyyatı , Bakı-2010
  • Z.Ö.Qarayev , R.B.Bayramlı , “ Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə məşğələlərinə rəhbərlik” – “Təbib” nəşriyyatı, Bakı- 2011 , 756 səh.