Antiretrovirus terapiyası (ART, ARVT) - İİV-infeksiyası inkişafının qarşısı alınması üçün, iki və ya daha çox preparatın qəbul edilməsindən ibarət, terapiya üsuludur. Belə terapiya nəticəsində, insan immunçatışmamazlığı virusu ilə yaşayan insanlar (İİV-pozitiv şəxslər) normal həyat tərzinə sahib ola bilərlər, bundan əlavə, başqaları üçün, hətta qorunmasız cinsi əlaqə zamanı, yoluxucu olmaya bilərlər.
Terapiyanın əsas məqsədi ondan ibarətdir ki, İİV-pozitiv şəxs müəyyən edilməyən virus yükünə nail olsun. Belə olduqda, onun yaşama müddəti, həyatının keyfiyyəti və rifahı İİV-neqativ şəxslərdən heç də fərqlənmir. Antiretrovirus terapiyası həm də İİV-pozitiv şəxslərə təbii yolla tam sağlam uşaq dünyaya gətirmək imkanı yaradır.
Terapiyanın ən müasir variantları praktiki olaraq tam təhlükəsizdir, yan təsirsizdir və gündə yalnız bir həb (tablet) qəbul etməkdən, və ya bir-iki ayda bir dəfə inyeksiyadan ibarətdir.