Anton Kandinov

Anton Kandinov — 1881–1891-ci illər arasında Bakıda fəaliyyət göstərmiş memar.[1] Bakıda tikilmiş İslamiyyə karvansarası, Qış klubunun[2] eləcə də qırxdan çox binanın memarı olub.[3]

Anton Kandinov
rus. Кандинов Антон Семенович
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Ryazan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
İşləri və nailiyyətləri
Əsas tikililəri Qış Klubu
İslamiyyə karvansarası

Kandinov Anton Semyon oğlu 1857-ci ildə anadan olub. İbtidai və orta təhsilini evdə alıb. 1876-cı ildə Sankt Peterburq Mülki mühəndislər İnstitutuna daxil olur. 1881-ci ildə buranı birinci dərəcə ilə bitirir. Təhsilini bitirdikdən sonra 1891-ci ilə qədər Bakıda şəhər memarı kimi fəaliyyət göstərir. 1890-cı ildə Kandinovun rəhbərliyi ilə Bakıda Qış Klubunun binası inşa olunur. 1891-ci ildə vəzifəsini tərk edir. Bakıda fəaliyyət göstərdiyi dövr ərzində 40-dan çox binanın memarı olur.[4]

XX əsrin əvvəllərində Kandinov Ryazan vilayətiə köçür. Sonradan 1904–1909-cu illər arasında onun adına "Ryazan quberniyası üzrə qurumlar və vəzifəli şəxslər siyahısı"nda rast gəlinir. 25 may 1912-ci ildən etibarən Ryazan Elmi Arxiv Komissiyasının həqiqi üzvü seçilir[5]. 1913-cü ildə Ryazan Dvoryan Deputat təşkilatının üzvü olur. 1913-cü ildə Ryazan Yeparxial qadın məktəbinin binasına əlavələr etdikdən sonra burada əlavə dərs otaqları yaranır. 1914-cü ilin aprel ayında Ryazan şəhər bankının binasının özülü qoyulur. 1917-ci ilin 15 dekabr tarixinə aid mühəndis Kandinovun şəhər bankının binasının tikintisi ilə bağlı hesabatına rast gəlmək olur.[4] 4 mart 1926-cı ildə Ryazan şəhərində dünyasını dəyişib[6]..

23 may 2020-ci ildə Ryazan şəhərində Svoboda küçəsi, 62 ünvanında yerləşən və Anton Kandinovun yaşadığı tarixi taxta bina sökülüb.[7]

  1. Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 29. ISBN 978-9952-32-020-6.
  2. "Здание зимнего клуба Бакинского Общественного Собрания - Дом Офицеров (Баку) / Qış klubu - Zabitlər evi (Bakı)" (rus. ). ourbaku.com. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2020.
  3. A.Kulakova. "Рязанское деревянного зодчества в стиле «модерн» / Ryazan şəhərinin modern üslublu taxta memarlığı" (PDF) (rus. ). rounb.ru. 23 sentyabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 sentyabr 2020.
  4. 1 2 "Кандинов Антон Семенович - городской архитектор (Баку) / Kandinov Anton Semyonoviç - şəhər memarı (Bakı)" (rus. ). ourbaku.com. 26 avqust 2012. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2020.
  5. "Список лиц, состоявших членами рязанской ученой архивной комиссии в 1912 году" (rus). pomnirod.ru. 09.04.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.04.2021.
  6. Князева, М.В. Руководители Рязанской архитектурно-строительной службы XIX – начала XX в.: Моннерот-дю-Мен Э.И., Войницкий Ф.Э., Цеханский И.С., Кандинов А.С. (PDF) (rus). Рязань: marhi.ru. 2019. 51–55. Archived from the original on 2020-07-30. İstifadə tarixi: 2021-04-10.
  7. Maksim Makarov. ""Мы теряем исторические дома": в Рязани сносят деревянные строения / "Biz tarixi evlərimizi itiririk": Ryazanda taxta tikililəri sökürlər" (rus. ). progorod62.ru. 1 iyun 2020. 23 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2020.