Antonio Ciakoma Stradivari (it. Antonio Stradivari, Stradivarius lat. Antonius Stradivarius; * 1644 — † 18.12.1737, Kremona) — simli musiqi alətləri və məşhur skripka ustası. Stradivari Nikola Amatinin şagirdi olmuşdur. Stradivariyə məxsus 700 dən artıq musiqi aləti bu günə qədər gəlib çıxmış və onlar əntiq əşya kimi qiymətsizdirlər. Hərraclarda bu alətlərin hər birinin əsli bir neçə milyon dollarlarla (avrolarla) dəyərləndirilir.
Antonio Stradivari | |
---|---|
it. Antonio Stradivari lat. Antonius Stradivarius; | |
| |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | Kremona |
Vətəndaşlığı | İtaliya |
Atası | it. Alessandro Stradivari |
Anası | it. Anna Moroni |
Vikianbarda əlaqəli mediafayllar |
Antonio Ciakoma Stradivari təqribən 1644 cü ildə İtaliyanın Kremona şəhərində anadan olmuşdur. Onun sənətkarlığı haradan və kimdən öyrəndiyi hələ də qaranlıq olaraq qalır. Onun hazırlamış olduğu skripkanın etiketindəki "Nikolo Amatinin şagirdi, Kremonalı Antonio Stradivari tərəfindən hazırlanmışdır, 1666" yazıya əsasən güman edilir ki, o, skripka ustası olan Andrea Amantinin nəvəsi Nikola Amantinin yanında şagirdlik etmişdir. 1680 ci ildə Stradivari Kremonanın Müq. Dominika meydanında yeni evə yerləşir. Evin çardağında yerləşən emalatxanasında o, özünə məxsus şəkildə alətlər emal edir.[2] Antonio Ciakoma Stradivari mövcud Amalti skripka alətinə müxtəlif sıxlıqlı taxtalardan və müxtəlif lak örtük boyalarından istifadə etməklə, yeni qıvrılmış, əyilmiş gözəl estetik forma verərək, səslənməsini çevikləşdirməklə daha da təkmilləşdirir.[3] Onun skripkaya vermiş olduğu rezonans cildi bu gün də dəyişdirilməmiş qalmaqdadır. Qara kəndar xəttli və tünd qırmızı lak örtüklü geniş səthli və künclü dizaynı isə skripkanı çox unikallaşdırmışdır. Onun hazırladığı ən yaxşı "Lipinski" skripkalar 1698 — 1725 ci illərə təsadüf edilir. 1715 ci ildə hazırladığı "Messias" skripkalar isə misilsiz sayılırlar. "Messias" skripkaları o, heç kimə satmamış və bağışlamamışdır. Bu skripkalar o, ölənə dək onun toxunulmaz mülkü olmuşdur. Keyfiyyət etibarilə isə 1725 — 1730 cu illərdə istehsal etdiyi skripkalar seçilir..[4] Antonio Stradivarinin hər iki oğlu Fransesko (1671–1743) və Omobono (1679–1742) 1968 ci ildən ailə şirkətində çalışsalar da 1725 ci ilə qədər onların istehsal olunan alətlər üzərində heç bir izlərinə rast gəlinmir. Güman edilir ki Stradivari öz sənətinin sirrlərini hətta öz oğlanlarına belə öyrətməmişdir. Skripkadan əlavə stradivari gitaralar, altlar, vilonçellər və hal hazırda Neapol konservatoriyasında (it. Conservatorio "San Pietro a Majella" di Napoli) saxlanılan bir arfa, cəmi isə 1100 ədəd alət hazırlamışdır. Antonio Ciakoma Stradivari18 dekabr 1737 ci ildə vəfat etmiş və San Domeniko məbədində dəfn edilmişdir.
Stradivari Duport (it. Stradivari Duport) Antonio Ciakoma Stradivarinin hazırlamış olduğu, məşhur vilonçel ustası Jan Lui Duportun (fr. Jean-Louis Duport) şərəfinə adlandırılmış əntiq vilonçeldə 1974 —2007 ci illərə qədər Mstislav Rostropoviç ifalar etmişdir. O, bu aləti mübaliğə ilə onun "məşuqəsi" adlandırmıır. Rəvayətə görə alətin üzərindəki cızıqlar Napoleonun ifa zamanı şporlar vasitəsilə qoyduğu "yadigarlardır". Alət 1843 cü ildə virtuoz ifaçı fr. Auguste-Joseph Franchomme tərəfindən Jan Lui Duportun oğlundan o dövr üçün rekord qiymətə - 22 000 franka almışdır.