Antropogen Dövr - Stratiqrafik şkalanın son sistemi və Yerin geoloji tarixinin son dövrü, hazırda davam edir.A.d. üzvi aləmin inkişafında mühüm dəyişikliklər baş vermişdir ki, bu da insan cəmiyyətinin yaranması və inkişafıdır. Müddətinə görə bərabər olmayan iki hissəyə bölünür: Pleystosen və Holosen.Keçmiş sovet geoloji ədəbiyyatlarında Dördüncü dövr (sisitem) kimi işlədilir və başlanğıc 0,7 mln.il qəbul edilmişdir.Dördüncü dövr ərzində Yer səthi, bitki və heyvanat aləmi müasir görkəmini almışdır.İnsanın yaranması və təşəkkülü bu dövrlə əlaqədardır. Yer səthinin çox hissədə xüsusən şimal yarım kürəsində nəhəng qitə buzlaşmalarının inkişafı səciyyəvidir.Bu dövrdə yer qabağında güclü tektonik hərəkətlər baş vermiş, xüsusilə bu hərəkətlər Avrasiyanın alp qırışıqlıq qurşağında, Sakit okeanın kənarlarını əhatə edən cavan qırışıq strukturlarda, Mərkəzi və Orta Asiyanın dağ sistemlərində intensiv vulkanizmin təzahürü ilə özünü göstərmişdir.Qurunun səthində müxtəlif mənşəli (buzlaq, delivüal, allüvial,prolüvial, göl, eol və b.) kontinental çöküntülər üstünlük təşkil edir. Bu çöküntülərin mütləq yaşını təyin etmək üçün paleomaqnit üsullardan istifadə edilir.[1]