Bu məqaləni vikiləşdirmək lazımdır. |
Antropogen landşaft — insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişdirilmiş təbii landşafta, həmçinin insanın yaratdığı təbii- istehsal komplekslərinə, şəhər, qəsəbə, texnogen, kənd təsərrüfatı landşaftlarına deyilir. Antropogen landşaftlar hal-hazırda Yerin quru sahəsinin təxminən 50 %-ni əhatə edir. Antropogen landşaftlar özünü tənzimləyən təbii landşaftdan fərqli olaraq, insanın nəzarəti altında olub, idarə olunur.[1]
Müasir dövrdə elm və texnikanın, məhsuldar qüvvələrin sürətli inkişafı yerin landşaft sferasının təbiətində əsaslı şəkildə ciddi struktur dəyişmələri yaratmışdır. XX əsrin 60–70-ci illərindən başlayaraq antropogen landşaftların öyrənilməsinə maraq xeyli artmışdır.
XIX əsrin ortalarından başlayaraq tədricən maşınlı sənayenın yaranması ilə dünyada və Azərbaycanda təbii ehtiyatların mənimsənilməsinin yeni, daha dağıdıcı və təbii landşaftlara qarşı amansız müdaxilə mərhələsi başlayır. Bu dövr XX əsrin ortalarına kimi davam edir. Quba, Qusar, Gədəbəy, Daşkəsən, Masallı, Lənkəran və s. inzibati ərazilərdəki dağ meşələri antropogen təsirlərlədən əsaslı şəkildə ziyan görür. Hazırda bu ərazilərdəki meşələrin əsas hissəsi təkrar törəmə meşələrdir.
XX əsrin ortalarından başlayaraq insanlar elmi texniki tərəqqinin üstünlüklərindən geosistemlərin təbii ehtiyatlarının mənimsənilməsində daha geniş istifadə edir. Kənd təsərrüfatında ziyanvericilərə və alaq otlarına qarşı zəhərli kimyəvi maddələrdən, əkin sahələrinin məhsuldarlığını artırmaq üçün kimyəvi gübrələrdən geniş istifadə edilməsi ekoloji tarazlığın pozulmasına, qurunt sularının çirklənməsinə, biomüxtəlifliyin kəskin azalmasına səbəb olur.
Azərbaycan Respublikası dağlıq ölkə olduğundan landşaftlarda gedən dəyişikliklər şaquli antropogenləşmə qanunauyğunluğuna tabedir. Belə ki, yüksəklik artdıqca təbii landşaftların antropogenləşmə sürəti və istiqaməti müvafiq olaraq dəyişir.
Antropogen fəaliyyət təbii komplekslərə müxtəlif formada təsir edir. Bu təsirləri bir neçə qrupda birləşdirmək olar: kənd təsərrüfatı fəaliyyəti, meşə təsərrüfatı, sənaye – texnogen, məskunlaşma, turizm-rekreasiya və s. məqsədilə istifadə. Bu fəaliyyət növlərinin landşaftlara təsiri də müxtəlifdir. Tikinti işləri, faydalı qazıntıların çıxarılması kiçik ərazi əhatə etməsinə baxmayaraq landşaftlarda köklü dəyişikliklər yaradır və demək olar ki, onları tam transformasiyaya məruz qoyur.[2]
Respublikamızın dağlıq landşaftları antropogen təsirlərə qarşı dayanıqlığına görə aaşağıdakı qruplara bölünür (A. A. Mikayılov, Y. Ə. Qəribov , 1987).
Bu komplekslər respublika ərazisinin 10%-ni tutur və onlar böyük meyilliyə, intensiv parçalanmaya malik olmaları, denudasiya proseslərinə qarşı nisbətən az dayanıqlı relyeflə xarakterizə olunur. Yüksək dağlığın 60% ərazisi istifadə olunmayan və az istifadə olunan qayalı- səpinti landşaftlarıdır və yüksək dinamikliyi ilə səciyyələnir. Bu kompleks daxilində antropogen təsirlərə dayanıqlığına görə 2 qrup ayrılır.
Bu komplekslərə Böyük və Kiçik Qafqazın 3200–4400 m mütləq hündürlüklər arasında yerləşən suayrıcı və suayrıcıətrafı ərazilər aiddir.
Bu komplekslər mütləq hündürlüyü 2000–3200 m olan ərazilərdə yayılan subalp, alp çəmənlikləri və çəmən-çöl landşaftlarını əhatə edir.
Bu komplekslər Böyük və Kiçik Qafqazın ortadağlıq qurşaqlarında, Talış silsiləsinin suayrıcı ərazilərində yayılmışdır.
Zəif dayanıqlı təbii rejimli inkişafa malik, məhdud istifadə olunan meşə və meşə-kol geokompleksi. Bu komplekslər əkinçilik üçün azyararlı ərazilərdə saxlanılmışdır.
Zəif dayanıqlı təbii antropogen rejimlə inkişaf edən müntəzəm istifadə edilən meşədən sonrakı (dəmyə-əkinçilik) komplekslər.
Böyük və Kiçik Qafqazın meşələrinin yarıdan çoxu daha az dayanıqlığa malik olan təkrar komplekslərlə əvəz olunmuşdur.
Bu komplekslər arid-denudasion , eroziya –denudasion proseslərlə xarakterizə olunur.
Nisbi dayanıqlı təbii –antropogen rejimli inkişaf edən , məhdud istifadə edilən dağüstü-kserofit, arid dağ-meşə, enliyarpaqlı dağ-meşə landşaftları.
Bu komplekslər Acınohur-Ceyrançöl öndağlığı, Talış dağları, Qusar maili düzənliyi, Böyük Qafqazın cənub yamacında, Kiçik Qafqazın öndağlığında formalaşmışdır.
Dayanıqlı təbii-antropogen rejimli müntəzəm istifadə olunan çöl, yarımsəhra landşaftları
Bu komplekslər Kiçik Qafqazın öndağlığı boyunca, Acınohur–Ceyrançöl öndağlığının dağarası çökəkliklərində və Qobustanda yayılmışdır. Bu ərazilərin çox hissəsi suvarma əkinçiliyində istifadə edilir.[3]