Aorta qapağı

Aorta qapağı — (lat. valva aortae) ağciyər kötüyü qapağı kimi üç aypara qapaqcıqdan ibarətdir. Bunlardan biri — (lat. valvula semilunaris posterior) arxada, ikinci — (lat. valvula semilunaris dextra) sağda və üçüncüsü — (lat. valvula semilunaris sinistra) solda yerləşmişdir. Bunların hamısı ağciyər kötüyünün eyniadlı qapaqcıqlarından qalın və möhkəmdir və üzərində olan düyüncüklər və aycıqlar (lat. noduli et valvularium semilunarium aortae) yaxşı gözə çarpırlar. Aorta dəliyini örtən aypara qapaqcıqların ciblərinə aorta cibləri — (lat. sinus aortae (Valsalvae — BNA)) deyilir. Sağ və sol aorta ciblərindən ürəyi qidalandıran tac arteriyalar — (lat. art-ae coronariae dextra et sinistra) başlayırlar.

Aorta qapağı
Aorta qapağının ürəyin fazalarına müvafiq açılıb bağlanması
Aorta qapağının ürəyin fazalarına müvafiq açılıb bağlanması
[[File:
Sağ mədəcikSol mədəcikAorta qapağıİkitaylı qapaqSol qulaqcıqSağ qulaqcıqAortaAğciyər kötüyü qapağıÜçtaylı qapaqAşağı boş venaYuxarı boş venaAğciyər arteriyasıAğciyər venaları
|frameless|300x300px|Ürəyin diaqramması]]
Ürəyin diaqramması
Latınca Valva aortae
Qrey subyekt 138 534
Sistem Ürək-damar sistemi
Üzv Ürək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar