Aparat

Aparat (lat. apparatur – avadanlıq) 1)cihaz, texniki qurğu, alət, tərtibat; 2)idarə orqanlarının məcmusu; 3)hər hansı təşkilatın və ya birliyin işçilərinin hamısı – bütün işçiləri: idarə, müəssisə və ya təşkilatın ifrat tərkibi; 4)tədqiqat üzrə əlavə məlumat; 5)hər hansı bir idarəetmə və yaxud təsərrüfat sahəsinə xidmət edən bir və ya bir neçə müəssisə; 6)müəssisənin ştat tərkibi; 7)elmi əsərə, seçilmiş əsərlərə əlavə edilən qeydlər, göstəricilər və digər köməkçi məlumatlar; 8)tədqiqat üsulu, metodu; 9)idarə və ya təsərrüfatın müəyyən sahəsində xidmət edən müəssisələrin məcmusu; Məsələn, dövlət aparatı, bir idarənin və ya təşkilatın bütün işçiləri, ştatı.

  1. Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.