Apatosaurus

Apatozavr (lat. Apatosaurus, "Aldadan kərtənkələ", əvvəllər Brontozavr, lat. Brontosaurus "İldırım kərtənkələ") — Saurischia dəstəsinə aid dinozavr növü. Yura dövründə 157–146 milyon il öncə indiki Şimali Amerika ərazisində yayılmışdır. Zauropodların ən iri nümayəndələridir[1].

Apatozavrlar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Apatozavrlar
Beynəlxalq elmi adı

Apatozavr yunan sözü olub yun. ἀπάτη — aldatma və yun. σαυρος — kərtənkələ mənasını verir. Üstəlik Brontozavr (lat. Brontosaurus) adı ilə də tanınır. Bu isə "İldırım kərtənkələsi", (yun. βροντηİldırımyun. σαυροςkərtənkələ).

Qeydə alınması

[redaktə | mənbəni redaktə et]

Brontosaurus excelsus ilk dəfə Qofoniil Marş tərəfindən 1879-cu ildə yaxşı aşkarlanmış dinozavr qalığı aşkarlayır və müəyyən edir ki[2], elə onun tərəfindən 1877-ci ildə qeydə alınan Apatosaurus ajax növü bu növlə eyni cinsə daxildirlər. Bu iki növün əvvəlinə isə bir qayda olaraq Apatosaurus kəlməsi əlavə edilməlidir[3]. Bununla belə elmi ədəbiyyatda Brontozavr adı daha geniş yayılmışdır. Paleontoloq Robert Bekker təkidlə bu növlərin başqa-başqa cinsə daxil olduğunu bildirmişdir. Bununla belə bu fikir elmi birliklər tərəfindən inkar edilmişdir. 2015-ci il araşdırmasından sonra Brontozavr ayrı cinsə daxil edilir[4][5].

Apatozavr (Brontozavr) — ən iri dinozavrlardan biridir: onun uzunluğu 20–23 metr, çəkisi isə 24–32 ton təşkil edə bilərdi. Bəzi alimlər isə bu çəkinin çəmi 18 ton təşkil etdiyini bildirirlər. Apatozavr uzun quyruq və boyuna malik imişlər. Boynun sonunda kiçik başı barmış. Beyni cəmi 400 qram imiş.

  1. "Массы динозавров оказались переоцененными". Lenta.ru. 22 июня 2009 года. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-12.
  2. Mike Taylor. "Why is ``Brontosaurus now called Apatosaurus?" (ingilis). 2004-06-28. 2013-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-21.
  3. Edward Baker. "Palaeontology & Biostratigraphy" (ingilis). ICZN. 2010-05-24. 2013-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-21.
  4. "Beloved Brontosaurus makes a comeback". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-21.
  5. "A specimen-level phylogenetic analysis and taxonomic revision of Diplodocidae (Dinosauria, Sauropoda)". 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]