Apofillit — mineral, KCa4[F | (Si4O10)2] ·8H2O. Na qismən K-u, OH- F-u, Al – Si-u əvəz edir. Tetraqonal. Habitus prizmatik və lövhəvari. İkiləşmə {111} üzrə. Ayrılması {001} üzrə mükəmməl, {110} üzrə üzrə qeyri-mükəmməl. Aqreqat: dənəvər və druzlar. Rəngsiz və zəif boyanmış. Sərtliyi 4,5-5. Xüsusi çəki 2,4. Hidrotermal; bazaltların badamcıqlarında və seolitli trapplarda; bəzi hallarda qranit və metamorfik süxurların boşluqlarında; pektolitlə birgə bəzi qələvi süxurların kontakt zonalarında. Növ müxtəlifliyi: natrium-apofillit.
Apofillit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | tetraqonal[d] |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |