Apostolopulo binası

Apostolopulo binası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Apostolopulo binası Taqanroq şəhəri Frunze küçəsi, ev 26 ünvanında yerləşir. Frunze küçəsi ilə İtalyanskaya xiyabanının küncündə yerləşir. Bina 1870-ci illərdə inşa edilmişdir.

Apostolopulo binası
rus. Дом Апостолопуло
47°12′44″ şm. e. 38°55′52″ ş. u.
Ölkə  Rusiya
Şəhər Taqanroq
Tikilmə tarixi 1870
Memarlıq quruluşu Neoklassizm

Tarixi[redaktə | mənbəni redaktə et]

1806-cı ildə I Aleksadrın əmri ilə Taqanroq ətrafında İvan Apostolopuloya 150 desyantin torpaq sahəsi bağışlanılmışdır[1].

Nikolayevski küçəsi ev 28 (hazır ki Frunze küçəsi ev 26) ünvanında yerləşən ərazi 1870-ci ilin əvvəllərində Marii Apostolopuloya məxsus olmuşdur.

1880-ci ildə binanı Yakov Solomonoviç Parxonov satın alır. Bu evdə onun uşaqları Valentin Yakovlieviç Parnax (18911951) və Yelizabet Yakovlevns Taraxovskaya (18911968) anadan olmuşdur.

1890-ci illərdə binanı kəndli Kleopatra Karnovna Krasnokutskaya alır. XX əsrin əvvəllərində isə binanın sahibi şəhər məhkəməsinin üzvü Konstantin Konstantinoviç Popadulo olur.

1910-cu illərdə binanı. Məhərin fəhxi sakini Nikolay Nikolayeviç Alafuzov əldə edir. O, şəhərin varlı sakinlrinfən hesab edilirdi. Bəzi mənbələrdə bəən bu qalanı Alafuzovun ebi olaraq adlandırırlar[2]. 1914-cü ilin oktyabrında onun evinə silahlı basqın təşkil edilmişdir. Ancaq onun evində aparılan axtarış nəticəsində cəmi 150 rubl və onun qolunda olan saatdan başqa qiymətli əşya tapılmamışdır[3].

1980-ci illərdə binanın zirzəmisində rəssamlar Leonid Aleksandroviç Stukanov və Yuri Şabelnikovun emalatxanası açılmışdır.

1990-cı illərin ortalarında binada aptek yerləşirdi.

2000-ci ilin ortalarında bina «Korall-Mikro» şirkəti tərəfindən satın alınmışdır. Burada hətta kompüter və ofis malları satan mağaza olmuşdur.

Arxitekturası[redaktə | mənbəni redaktə et]

Bina 1870-1880-ci illərdə qarışıq stildə inşa edilmişdir. Bu tip binalar XIX əsrin üçüncü yarısında Taqanroqda inşa edilirdi.

Məşhur sakinləri[redaktə | mənbəni redaktə et]

  • Yakob Solomonoviç (18471912) — aptek sahibi, Taqanroq şəhər dumasının üzvü, Taqanroq şəhərinin fəxri vətəndaşı.
  • Leonid Aleksandroviç Stukanov (19471998) — rus rəssamı, pedaqoq, Rusiya rəssamlar İttifaqının üzvü.
  • Yuri Leonidoviç Şebelnikov (1959) — rus rəssamı.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Гаврюшкин, Олег Павлович Мари Вальяно и другие (Хроника обывательской жизни). — Таганрог: МИКМ, 2001. — 544 с.
  2. Григорян М. Е., Решетников В. К. Таганрог. История архитектуры и градостроительства конца XVII — начала XX века. — Ростов н/Д: Омега-Принт, 2013. — С. 236-237.
  3. Гаврюшкин О.П. Гуляет старый Таганрог: Исторический очерк. — Таганрог: АИ МИКМ, 1997. — 395 с. — ISBN 5-86746-019-3.