Aptek sümürgəsi (lat. Asplenium ceterach) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Aptek sümürgəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Yarımdəstə: Fəsilə: Cins: Növ: Aptek sümürgəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 3-10 sm olan çoxillikdir bitkidir. Çim əmələ gətirir. Kökümsovu qısadır. Yarpaqları qısa saplaqlıdır, qalındərilidir, görünüşünə görə neştərvaridir, birqatlələkvari bölünmüşdür; seqmentləri tamkənarlı və ya az dairəvi-dişlidir, ovalvari-dairəvi, qalıntəhərdir, üst tərəfdən bozumtul-yaşıl rəndədir, çılpaqdır, alt tərəfdən üçbucaqşəkilli, qonur, pulcuğabənzər qabıqla sıx örtülüdür; buğumları növbəlidir, ox üzərində digər tərəfdəki oyuğa əks istiqamətdə yerləşmişdir. Sorusları pulcuğabənzər qabıqlar arasında gizlənmişdir; sporları ovalvariböyrəkşəkillidir. İyul-avqust (sentyabr) aylarında sporlayır.
BQ (Quba), Abşeron, Qob., BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk. dağ. Aşağı dağ qurşağından, subalp hündürlüyünə qədər.
Əsasən quru, daşlı və qayalı yerlərdə rast gəlinir.