Aqşin Babayev (idmançı)

Aqşin Alim oğlu Babayev (17 aprel 1986, Salyan, Salyan rayonu) — Azərbaycanlı peşəkar MMA döyüşçüsü, 6 qat Azərbaycan çempionu, 3 qat dünya çempionu, 2 qat avropa çempionu, asiya çempionu, GRAPPLING növü üzrə 3 qat Azərbaycan çempionu, dünya 3-cüsü, əməkdar idman ustası, MMA baş məşqçisi.[1][2][3] MMA Record 22–7-0[4]

Aqşin Babayev
Aqşin Alim oğlu Babayev
Şəxsi məlumatlar
Tam adı Aqşin Alim oğlu Babayev
Doğum adı Aqşin Alim oğlu Babayev
Ləqəbi Warrior
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 17 aprel 1986(1986-04-17) (37 yaş)
Doğum yeri
İdman növü MMA , Güləş
Karyera illəri 1993 — hal-hazırda
Məşqçisi Fəxrəddin Imanov, Azad Əsgərov
Boyu 172 sm.
Çəkisi 65 kq.

Həyatı[redaktə | mənbəni redaktə et]

Aqşin Babayev 17 aprel 1986-cı ildə Salyan rayonunda anadan olmuşdur.

Idman Kariyerası[redaktə | mənbəni redaktə et]

İlk məşğul olduğu idman növü güləş olub. 2001-ci ildə Moskvaya getmişdir. Moskvada döyüş sambosu üzrə çempion olmuşdur. 2006-cı ildə Respublika çempionu olmuşdur. Gürcüstanda 2006-cı ildə peşəkarlar arası döyüşdə 1-ci olmuşdur. Qazaxıstanda 2007-ci ildə 3 döyüş keçirmiş və 1-ci olmuşdur. Samara şəhərində 3 döyüş keçirmiş, qalib olmuşdur. 2007-ci ildə hərbi xidmətə gedib. Bir müddət ara vermiş, qayıdandan sonra yenidən məşqlərimə başlamışdır. 2011-ci ildə MMA üzrə Qazaxıstanda 3-cü yerə çıxmışdır. Daha sonra həmin il Avropa çempionatı MMA Grappling Pankration üzrə 3-cü yerə çıxmışdır.[5] 2010-cu ilin may ayında Azərbaycan WS Evrope turnirində qalib olmuşdur.[6][7][8][9][10][11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Agshin Babaev
  2. "Agshin Babaev". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.
  3. Agshin Babaev[ölü keçid]
  4. [https://m.sherdog.com/fighter/Agshin-Babaev-65170= AGSHIN BABAEV "WARRIOR" PERSONAL STATISTICS][ölü keçid]
  5. MMA: Strong Arab flavour at UAE Warriors 13 in Dubai[ölü keçid]
  6. Aqşin Babayev: Mən hər döyüşə zədəli gedirəm – MÜSAHİBƏ + FOTOSESSİYA
  7. Qazaxıstanlı idmançı azərbaycanlı döyüşçünü duelə çağırdı[ölü keçid]
  8. Azərbaycanlı idmançı döyüşdən əvvəl ona yumruq atmış rəqibini rüsvayçı şəkildə məğlub etdi — FOTO[ölü keçid]
  9. Aqşin Babayev "MMA – Federasiyasının "baş məşqçisi təyin olundu
  10. "Два азербайджанских бойца ММА сегодня выступят за рубежом — ФОТО/ВИДЕО". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.
  11. Нуржан Акишев бросил вызов Агшину Бабаеву[ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]