Aqrar Kredit və İnkişaf Agentliyi — Azərbaycandan kənd təsərrüfatının dəstəklənməsi ilə məşğul olan dövlət orqanı.[1]
Aqrar Kredit və İnkişaf Agentliyi AKİA | |
---|---|
Fəaliyyəti | Aqrar Kredit |
Yaranma tarixi | 23 oktyabr 2004-cü il |
Rəsmi dili | Azərbaycan |
Fəaliyyət göstərdiyi yer | Azərbaycan |
Sədr | Seymur Mövlayev |
akia.gov.az |
Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 2004-cü il 23 oktyabr tarixli, 467 nömrəli Sərəncamına əsasən aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsini və təyinatı üzrə istifadəsini təmin edən icra hakimiyyəti orqanı — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yaradılmışdır.[2]