"Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 nömrəli fərmanı əsasında, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb.[1] Cəmiyyət 22 iyul 2019-cu il tarixində isə Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb.
"Aqrar tədarük və təchizat" ASC | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 14 dekabr 2018 |
Tabelik | Kənd Təsərrüfatı Nazirliyi |
Ünvan | Əhməd Rəcəbli küçəsi 1/3 |
Rəhbərlik | |
İdarə Heyətinin üzvləri |
Samir Murquzov Anar Qədirov |
|
|
Rəsmi saytı | att.gov.az |
"Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədr və iki üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri tərəfindən təyin olunur.[2]
"Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" tedaruk.az elektron portalının operatoru funksiyasını həyata keçirir. Elektron portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.
Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir. Portal həm istehsalçıların, həm də satınalan təşkilatların istifadəsi üçün açıqdır.
“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınması ilə bağlı tələb və təkliflərin yerləşdirildiyi, alqı-satqı əməliyyatlarının təşkil edildiyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemidir. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru aşağıdakı qaydada həyata keçirilir: Satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək elektron portalda yerləşdirirlər. Satınalan təşkilatlar tərəfindən növbəti il üzrə ərzaq məhsullarına tələbatlar həmin satınalan təşkilatlara bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər nəzərə alınmaqla müəyyən edilir. Satınalma şərtlərini, bu Qaydanın 1.2-ci bəndində qeyd edilən məqsədlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Tədarük və təchizat agenti satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiyməti, növü, miqdarı və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formada hər il avqustun 1-dək elektron portalda yerləşdirir.
Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiyməti ötən il iyulun 1-dən cari il iyulun 1-dək olan dövr üzrə orta statistik satış qiymətinin növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsinə vurulması ilə müəyyən edilir. İl ərzində bu qiymətlər yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin qiymətlərə təsir göstərdiyi hallarda yenilənir. Ərzaq məhsullarının hər bir növü üzrə orta statistik satış qiyməti barədə məlumatları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsi barədə məlumatları isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il iyulun 20-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər.
Tədarük və təchizat agenti hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçılar və onların istehsal potensialı barədə məlumatları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri vasitəsilə toplayır və elektron portalda yerləşdirir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulunu satmaq niyyəti olan, lakin barəsində elektron portalda məlumat olmayan istehsalçı bilavasitə tədarük və təchizat agentinə müraciət edə bilər. Müraciət edildiyi halda həmin istehsalçı ilə bağlı məlumatlar dərhal elektron portala əlavə edilməli və müraciət edən şəxsə bu barədə məlumat verilməlidir. Ərzaq məhsullarının istehsalçıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək portalda yerləşdirirlər.
Ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək portalda yerləşdirirlər.
Tədarük və təchizat agenti elektron portalda barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqini “Elektron kənd təsərrüfatı” informasiya sistemi və (və ya) yerində baxış vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada hər il oktyabrın 1-dək aparır və həmin monitorinqin nəticələrini elektron portala daxil edir.
Ölkədə kənd təsərrüfatının inkişafı, kənd təsərüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, aqrar sahibkarlığın stimullaşdırılması, fermerlər üçün kanalları və gəlir mənbələrinin yaradılması, kənd təsərrüfatı sahəsində gender balansının təmin olunması və qorunması, gənclərin aqrar sahədə maaralternativ satış ifləndirilməsi istiqamətləri üzrə "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bir sıra layihələr həyata keçirilir. Bu layihələrin əsas hədəfi beynəlxalq təcrübədən istifadə etməklə yerli bazar üçün real həllər yaratmaqdır.
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti mütəmadi olaraq Bakıda tematik və həftəsonu yarmarkaları təşkil edir. Bu günə qədər qurum tərəfindən Novruz, Yeni il, Qurban bayramları yarmarkaları və Arıçılıq məhsullarının Respublika Sərgi-Satış yarmarkaları təşkil olunub. “Kənddən Şəhərə” yarmarkalarında fermerlər heç bir ödəniş etmədən iştirak edirlər. Fermerlər bu yarmarkalarda yetişdirdikləri məhsulları alıcılara birbaşa təqdim edirlər. Yarmarka zamanı satıcı-fermerlər geyim, tərəzi, piştaxta, soyuducu və digər lazımi avadanlıq və ləvazimatlarla təmin olunurlar. “Kənddən Şəhərə” yarmarkalarının keçirilməsinin əsas məqsədi fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin vətəndaşların kənd təsərrüfatı məhsullarına olan tələbatını sağlam və təbii şəkildə ödəməkdir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi ölkədə aqroturizmin inkişaf etdirilməsi, təsərrüfat sahibləri üçün əlavə gəlir imkanlarının yaradılması, eləcə də şəhər sakinlərinə fərqli istirahət imkanlarının təqdim edilməsi məqsədi daşıyır. Layihəyə qoşulan fermerlər aqroturizmlə bağlı təlimlərdə iştirak edir, bilik və bacarıqlarını artırır, həmçinin dəstək tədbirləri çərçivəsində təsərrüfatları abadlaşdırılır, texniki və avadanlıq dəstəkləri göstərilir. Layihə çərçivəsində turistlər kənd təsərrüfatının müxtəlif sahələri ilə tanış ola, kənd evləri, təsərrüfat sahələri və emal müəssisələrinə səyahət edə, həmçinin təbii kənd məhsulları ilə qidalana və onları satın ala bilərlər.
AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilir. Layihə qadınların məşğulluğunun, informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda onlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına xidmət edir.
AFAQ layihəsi çərçivəsində kənd təsərrüfatı fəaliyyətində və ya dəyər zəncirində aktiv iştirakı olan və fəaliyyətini böyütmək istəyən qadın fermerlərə bilik və bacarıqların artırılması məqsədilə təlimlər, konsultasiya, marketinq və satış, texniki dəstəklər göstərilir.
Lahiyənin hazırki dövründə əsas istiqamət kənd təsərrüfatının dayanıqlı inkişafına təkan vermək məqsədilə birgə fəaliyyət göstərən qadın qruplarına və kənd təsərrüfatı kooperativlərinə (mahiyyət etibarilə daha gəlir gətirən olması, kollektiv idarəçilik, vəsaitlərin səmərəli xərclənməsi, istehsal edilməsinə çəkilən xərclərin azaldılması, yoxsulluğun və işsizliyin aradan qaldırılması, rəqabətliliyin və bazarların artması və kredit resurslarının daha əlçatan olması məqsədilə) dəstəklərin göstərilməsidir.
"Aqrar tədarük və təchizat" ASC fermerlərin maarifləndirilməsi istiqamətində müxtəlif tədbirləri həyata keçirir:
- AFAQ layihəsi çərçivəsində qadınların biznes, marketinq və e-ticarət sahəsindəki bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə təlimlərin keçirilməsi;
- "Şəhərdən Kəndə" layihəsi çərçivəsində aqroturizm fəaliyyəti barədə fermerlərin maarifləndirilməsi;
- Sifarişçinin tapılması, idxalçı ölkə üzrə tələblərin müəyyənləşdirilməsi, logistika şərtləri, tərəflər arasında müqavilənin imzalanması, gömrük rəsmiləşməsi, təhvil-təslim aktı və ödəniş qaydaları və digər mövzularda ixracın təşviqi ilə bağlı təlimlərin təşkili;
- Tədarük.az portalının istifadə qaydaları, mahiyyəti və üstünlükləri barədə fermerlərin məlumatlandırılması.
“Aqrar tədarük və təchizat” ASC yerli istehsal kənd təsərrüfatı və qida məhsullarının tanıdılması, ixrac kanalllarının araşdırılması və yeni işgüzar əlaqələrin qurulması məqsədilə Azərbaycanı müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə təmsil edib:
- Dubayda “Azərbaycan kənd təsərrüfatı məhsulları: Sərgi və dequstasiya” tədbiri
- “Parisdə beynəlxalq çay kəndi” (“Village des thés”) beynəlxalq festivalı
"Aqrar tədarük və təchizat" ASC hədəflərinə nail olmaq üçün müxtəlif ölkələrin təcrübələrindən yararlanır. Xarici əlaqələrə xüsusi önəm verən qurum müxtəlif ölkələrin səfirlikləri, dövlət və özəl sektor nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA)[3], Polşa, Litva, Çin, BƏƏ[4] və digər ölkələrdə yerləşən Azərbaycan Ticarət evləri ilə sıx əməkdaşlıq edib.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |