Aqrar böhran — kənd təsərrüfatında ifrat istehsal böhranı. Satılmış kənd təsərrüfatı malları ehtiyatının artması, fermerlərin bu mallara qoyduğu qiymətin aşağı düşməsi, tələbat olmayan kənd təsərrüfatı mallarının bir sıra hissəsinin məhvi, fermerlərin xalis gəlirinin azalması, xırda və orta kənd təsərrüfatı istehsalçılarının müflisləşməsi və ekspropriasiyası prosesinin sürətlənməsi, aqrar əhali artıqlığının güclənməsi (gizli işsizliyin artması) və kənd təsərrüfatı fəhlələrinin əmək haqqının azalmasında təzahür edir. Kapitalizmin inkişafı ilə əlaqədar kənd təsərrüfatında təkrar istehsal prosesi sənayedə təkrar istehsal prosesi ilə sıx əlaqələnir. Buna görə də başqa sahələr kimi, kənd təsərrüfatı da ümumi iqtisadi böhranın zərbələrinə məruz qalır. Kapitalist kənd təsərrüfatına məxsus spesifik aqrar böhran da var. Bu böhranlar on illərlə uzanır. Məsələn, 1873-cü il sənaye böhranı ilə birlikdə başlayan Qərbi Avropa, Rusiya, sonralar isə ABŞ-ni bürüyən aqrar böhran gah güclənmək, gah da zəifləməklə 1890-cı illərin ortalarınadək uzanmışdır. Birinci və İkinci Dünya müharibələri arasında və İkinci Dünya müharibəsindən sonrakı aqrar böhranları da (ABŞ, Kanada, Avstraliya və s.-də) uzunmüddətli olmuşdur.[1]
↑Аграр бөһранлар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 83–84.
George F. McLean, John Kromkowski. Urbanization and Values: Volume 5 of Cultural Heritage and Contemporary Change (1991). Council for Research in Values and Philosophy. 1991. ISBN978-1-56518-011-6. - Total pages: 380
Ludwig von Mises. Economic Policy: Thoughts for Today and Tomorrow (when). Ludwig von Mises Institute. March 2006. ISBN978-1-933550-01-5. - Total pages: 108
Jacob Salwyn Schapiro, James Thomson Shotwell. Modern and Contemporary European History (1815–1922) (1922). Houghton Mifflin Harcourt. - Total pages: 799