Aqraveyn Artur əfsanələrində Dairəvi Masa cəngavərlərindən biridir. İlk dəfə "Perseval, Müqəddəs Badənin hekayəsi"ndə ortaya çıxır. Orkney kralı Lotun oğlu, Kral Arturun isə bacıoğlusudur.
Aqraveyn əsərlərin çoxunda yaraşıqlı və bacarıqlı döyüşçü olaraq təsvir edilir. Qəhrəman qardaşları Qaveyn və Qaretdən fərqli olaraq mənfi xarakter kimi görülür. O, Lanselot və Kral Arturun arvadı Qvinevra arasında olaraq eşq macərasını ortaya çıxarır. Aqraveyn Lanselotla kralıçanı bir yerdə tutmağa çalışır. Bir neçə versiyada Lanselot qaçmazdan əvvəl onu öldürür, digərlərində Lanselotun Qvinevranı xilas etmək istəyən müttəfiqləri onu öldürür.
Bir neçə hekayədə Ser Lamorak və Ser Dinadanın qətlində iştirak etsə də, "Ser Qaveyn və Yaşıl Cəngavər" hekayəsində "şah-şöhrətli" cəngavərlərdən hesab edilir. Müasir hekayələrdə isə, o ana qatili və qana susamış qorxaq olaraq təsvir edilir.