Aqrotexnika — kənd təsərrüfatı bitkilərinin becərilməsi qaydaları sistemi, əkinçilik texnologiyası. Aqrotexnikanın vəzifəsi – məhsul vahidinə minimum əmək və vəsait sərf etməklə k.t. bitkilərindən yüksək məhsul alınmasını təmin etməkdir. Aqrotexnikaya torpağın gübrələnməsi, becərilməsi, toxumun səpinə hazırlanması, səpin və əkin, əkinlərə qulluq, k.t. bitkilərinin xəstəlik və ziyanvericiləri ilə mübarizə, məhsul yığımı, həmçinin torpaq səthinin hamarlanması, suvarma və s. daxildir.[1]