Arılar alqoritmi — Problemin bəzi xassələrinin bilindiyi və problem üzərində dəyişikliklərin edilə bilindiyi(Bilərək Axtarış) axtarış alqoritmlərindən biridir. Alqoritmin əsas məqsədi ən optimal nöqtənin tapılmasıdır. Alqoritm arılarının bal hazırlamaq üçün istifadə etdikləri axtarış metodundan götürülmüşdür. Arılar hər zaman ən yaxşı çiçəklərdən bal toplayırlar, əgər hər hansısa arı yaxşı nektarlı çiçək tapırsa yuvaya qayıdıb bunu müəyyən rəqslə digər arılara xəbər verir. Bu mesajda yuvadan çiçəyə qədər olan məsafə, hava şəraiti, günün hansı vaxtında olduğu və.s kimi xüsusi əhmiyyətli məlumatlar yer alır. Buna bəzən 'Kəşf et- Rəqs et - Ən Yaxşıya Hücum Et' modeli də deyilir.
İlk öncə alqoritmin icrası zamanı istifadə olunan bəzi terminləri açıqlayaq.
n: Hal-hazırda axtarışda olan arı sayı.
m: Axtarılacaq nöqtələrin sayı(arı və bal nümunəsin götürsək, çiçəklərin sayı ola bilər).
e: Hal-hazırda m dənə çiçəkdən olan ən yaxşılarının sayı.
nep: Ən yaxşı olaraq seçilmiş e dənə çiçəyi axtaran arı sayı.
nsp: Ən yaxşı olaraq seçilməyən çiçəklərdəki(m-e) arıların sayı.
ngh: Vəziyyəti və bitiş şərtlərini müəyyən edən parametr.
Alqoritmin icrası aşağıdakı addımlar formasında yazıla bilər.
Yuxarıdakı alqoritmdən göründüyü kimi, klassik qonşu axtarma alqoritmlərindən fərqli olaraq, tapılan ən yaxşı çiçəklərə(optimal nöqtələr) daha çox arı yollayaraq növbəti axtarışda şansı artırmaqdır.