Ara sözlər

Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər.[1] Məsələn:

Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun)

Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ salamat qal. (Məmməd Araz)

Ara sözlər ifadə formasına görə söz, söz birləşməsicümlə şəklində olur.

İfadə forması

[redaktə | mənbəni redaktə et]

Söz şəklində

[redaktə | mənbəni redaktə et]

Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr.

Söz birləşməsi şəklində

[redaktə | mənbəni redaktə et]

Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s. Sözün düzü, bunu səndən gözləməzdim. Siz bilən, o qayıdacaqmı? Mən bilən, sonu yaxşı olacaq. İndi, sözün doğrusu, hər şeyi açıq deyə bilmirəm.

Cümlə şəklində

[redaktə | mənbəni redaktə et]

Görünür, düzdür, doğrudur, necə deyərlər, elə bilirəm, ola bilsin (ki), olsun (ki), demək olar (ki). Düzdür, pis adam deyil, amma bir az laqeydliyi var. Ola bilsin, sabah onu görəcəyəm.[2]

Mənaca növləri

[redaktə | mənbəni redaktə et]

Təsdiq bildirənlər

[redaktə | mənbəni redaktə et]

Əlbəttə (ki), sözsüz (ki), şübhəsiz (ki), şəksiz, doğrusu, düzü, həqiqətən (də), yeri gəlmişkən və.s

Güman, şübhə bildirənlər

[redaktə | mənbəni redaktə et]

Bəlkə (də), deyəsən, güman ki, çox güman ki, görünür, görəsən, görən, olmaya, ehtimal ki və s.

Fikrin mənbəyini bildirənlər

[redaktə | mənbəni redaktə et]

Məncə, sizcə, mənə görə, zənnimcə, deyilənə görə, mən bilən, eşitdiyimə görə və.s

Nitqin hissələri arasında əlaqəni bildirənlər və ya nəticə bildirənlər

[redaktə | mənbəni redaktə et]

Nəhayət, beləliklə, demək, deməli, xülasə, ümumiyyətlə, müxtəsər, qərəz, axır ki , sözün qısası, bir sözlə, əvvəla, birincisi, ikincisi və.s

Təəssüf bildirənlər

[redaktə | mənbəni redaktə et]

Heyif (ki), çox heyif, təəssüf (ki), əfsus (ki) və.s

  1. TQDK 2014. Sintaksis.
  2. Ara sözlər.