Aranjiman (fr. arranger — "tərtib etmək, uyğunlaşdırmaq"[1]) — musiqi əsərini, ilkin formasından fərqli, yeni formada təqdim etmək məqsədilə hazırlama və adaptasiya etmə sənəti. Orkestrasiyadan ilkin materialın dəyişdirilməsinin — harmoniyanın dəyişdirilməsi, transpozisiyanın və modulyasiyaların tətbiqi, yeni materialın əlavə edilməsi, giriş və sonluğun əlavə edilməsinin mümkün olması ilə fərqlənir.
Həmçinin, hər hansı musiqi əsərinin eyni musiqi aləti üçün daha sadə versiyasının yaradılması da aranjiman adlanır.
Musiqi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |