Arat

Arat — türk və altay mifologiyasında Baykal gölündə və ya yeraltındakı böyük dənizdə yaşadığına inanılan qorxunc nəhəng, ölüm balığı. Arağıt, Arağut, Aravut olaraq da tanınmaqdadır. Monqol mədəniyyətində Aratan və ya Arağatan olaraq tanınar. Zaman-zaman yer üzündə yaşayan insanlardan qurban istəyər. Ağzı gırtlağının altında, gözü isə peysərindədir. Bel sümüyü tərs çevrilmişdir. Zəncirlərlə bağlı tutular. Baş və bədənini oynadanda zəlzələlər olur, tufanlar qopar. "Ker Balıq" olaraq da adlandırılar. İndiyə qədər udduğu bütün canlılar orada yaşayırlar. Ora başqa bir aləm kimidir. Pustag (Bozdağ) adlı Dünya dağının dərhal altındakı sularda yaşayır. O hər tərpənəndə yer titrəyər. Alt çənəsi yerə, üst çənəsi göyə dəyər. Çənələrinə biri yayı və istini, digər çənəsi isə qışı və soyuğu gətirər. Tərs görünüşlü olması onun o biri aləmə aid olduğunun ən əhəmiyyətli göstəricisidir. Yer üzünün daşınmasının bir balıqla əlaqələndirilməsini bir çox cəmiyyətin əfsanələrində rast gəlinir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Ar/Er/Ir). Aramaq (axtarmaq) felindən törəmiş bir sözdür. Axtaran və ya axtarılan deməkdir. Tunqusca Ar; etmək, çalışmaq mənalarına gəldiyi kimi, qorxu, pislik görmək kimi mənalarda daşıyır. Monqolca Ar kökü yol, üsul məzmunu saxlayar. Tunqus-mancur, monqol-buryat və türk-altay dillərində iştirak edən və pis ruhlarla və o biri alamla ünsiyyətə keçməyi ifadə edən Ar/Arg kökündən törəmişdir. Türklərdə böyük çay balıqlarına Irgay adı verilər və bu adla kök etibarilə əlaqəli olması olabiləcəkdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.