Araz daşqını (1896)[1] — Araz çayının[2] tarixi boyunca aşağı axarlarda dəfələrlə dəyişikliklər olmuşdur. Çayın xüsusi ilə dağ və dərə zonalarından axdığından əsasən aşağı axarlarda düzənliyə çıxır. Burada isə çayın güçü sanki bütünlüklə tükədilir. Araz çayının əvvəllər Xəzər dənizinə bir başa çıxışı olmuşdur. 1896-cı ildə Araz tarixində son 100 ildən artıq müddətində ən güçlü daşqın müşahidə edilmişdir. Daşqın nəticəsində sahil bəndini uçmuş, suyunun bir hissəsi Muğan düzündən keçərək Xəzər dənizinə axmışdır. Bununla əlaqədər Muğan düzü suyun altında qalmışdır. Ərazi lil ilə örtülmüşdür. Bu fəlakətin nəticəsi olaraq əhalinin təsərrüfatlarına böyük zərər dəymişdir. Hətta bölgədə bir neçə göl (Ağçala, Mahmudçala və s.) əmələ gəlmişdir. Sonralar bənd bərpa edilmiş və Arazın suyu əvvəlki yatağına qaytarılmışdır. Arazın dənizə bir başa çıxışı isə kanallarla təmin edilmişdir.