Arbereşi və İtalya albanları (alb. Arbëreshët, it. Arbereschi) — albanların subetnik qrupu, orta əsrlərdə balkan albanlarından ayrılmış etnik qrup. Buna bənzər bir tarixi də Arnautlar keçmişlər. Onlarda Arbereşilərlə birlikdə albanların bir subetnik qrupudur. Müasir Arbereşilər əsasən İtaliya Respublikasının cənubunda (Cənubi İtaliya və Siçiliya) yayılmışdır. Dini baxımından böyük əksəriyyəti xristianlığın katolizm qolunda etiqad edirlər. Özünü Arbereşi hesab edənlərin sayı 40-80 min (2008) arasında dəyişir. Tam və ya qismən arbereşi-alban mənşəlilərin İtaliyada ümumi sayı 2 milyondan çoxdur. Onlar əsasən ölkənin cənubunda və böyük şəhərlərdə cəmləşmişlər. Doğma arabeşi dialekti əsas ünsiyyət vastəsidir. Üstəlik italyan dili də istifadə edilir.
Ümumi sayı | |||
---|---|---|---|
260 000 - 2,000,000[1] 26 000 000 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
XIII-XVI əsrlərdə Balkanlarda baş verən qızğın siyasi hadisələrdən, Bizans imperiyasının zəiflədilməsi, müsəlman Osmanlı imperiyasının bölgədə hakim olması ilə mürəkkəb miqrasiya prosesləri zamanı alban etnik qrupundan iki böyük subetnik qrup ayrılmışdır. Onlar tədricən müstəqil xalqlara çevrilmiş və tarixi vətənləri ilə bağlılığı zəyifləmişdir. Bunlara daxildir:
Arbereşilərin böyük qismi Cənubi İtaliya və Siciliyanın əkin yerlərində cəmləşmişlər. Əsrlər boyu kənd arbereşiləri adət-ənənələrini və dillərini qoruya bilmişlər. Onların nəsillərinin böyük qismi italyanlaşdırmaya məruz qalmışlar. Bölgədəki bir çox kəndlərin ikidilli toponimləri arabeşilərin burada uzun müddət mövcudluğu sübut edir. Arbereş dialekti əsasən məyişətdə istifadə olunur, federal səviyyədə statusu ölkənin konstitusiyasına daxil deyil. Regional səviyyədə isə bir qədər məhdud, lakin rəsmi olaraq tanınmış dildir.