Arboğa

Ərbuğa — türk mifologiyasında yarı insan, yarı buğa olan varlıq. "Arbuğa, Yarbuğa" və ya "Ərboğa", bəzən də Arboğa olaraq adlandırılar. Dişi olanları üçün "Işbuğa" deyilər. (Iş sözcüyü monqolcada dişilik bildirir.) Buğa və Bugu sözcüyü bir çox Türk ləhcəsində Geyik mənasında da istifadə edilər, bu səbəblə bəzən yarı insan, yarı maral olaraq görülə bilər. Yarı insan və yarı heyvan olan varlıqlara dünyada bir çox mədəniyyətdə rast gəlinir. Kimilərində alt qisim heyvan, diyarın yuxarısı insandır, bəzilərində isə baş, heyvan başı biçimindeyken alt tərəf insan şəklindədir. Türk mifologiyasına yunan mədəniyyətinin təsiri ilə girmiş olması ehtimal edilir.

Əryund[redaktə | mənbəni redaktə et]

Türk mifologiyasında yarı insan, yarı at olan varlıqlara isə Aryund adı verilər. Aryunt, Aryond, Əryunt olaraq da bilinər. "Yaryunt" olaraq da ifadə edilər. (Söz; Ər/Ar "insan, kişi" və Yund/Yunt "at" sözlərinin birləşmiş halıdır. Dişi olanları üçün "Işyunt" istifadə olunur.)

Etimologiya[redaktə | mənbəni redaktə et]

Ər/Ar/Yar kökü (yəni İnsan, Kişi mənaları) və Buğa sözlərinin birləşmesiylə yaranmışdır. Ar kökü bu dünyaya aid olmayan varlıqları ifadə edir. Yar/Zar sözcüyü monqolcada yarım mənasını verər.

Mənbə[redaktə | mənbəni redaktə et]

Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.