Ardıcıl dörd silindrli mühərrik

Ardıcıl dört silindr mühərrikin hərəkətli hissələri
bir silindr cərgəsində yan-yana yerləşən dörd silindrin tək bir krank mili çevirməsi

Ardıcıl dörd silindrli mühərrik (Inline-4, I4 və ya L4), eyni xəttdə dörd silindrin yerləşdiyi daxili yanma mühərriki növüdür. Ardıcıl dörd silindrli mühərriklərdə, bir silindr cərgəsində yan-yana yerləşən dörd silindr tək bir krank mili çevirir. Maili vəziyyətdə quraşdırılmış ardıcıl dörd silindrli mühərriklərə “maili dörd silindr” də deyilir.

Ardıcıl dörd silindrli mühərriklər, mükəmməl ilkin balansa sahib olduqlarına və mexaniki cəhətdən asan olduqlarına görə ekonom avtomobillərdə ən populyar mühərrik növüdürlər. Bununla birlikdə, mühərrikin zəif ikincil tarazlığı, xüsusilə kiçik həcmli mühərriklərdə aşağı səviyyədə titrəmə yaradır. Mühərrikin böyüməsi ilə bu titrəmələr artdığından, böyük həcmli mühərrik dizaynlarında dörddən çox silindr istifadə olunur.