Arid vilayət

Arid vilayət (aridus quru) — buxarlanmanın düşən çöküntülərin miqdarından mühüm dərəcədə üstümlük təşkil etdiyi quru (arid) iqlimli ərazi. A.v.çayların mənbələri bu ərazidən kənarda yerləşir və ancaq ən böyük çaylar okeana və dənizə çatır. Aridlik dərəcəsinə görə aşağıdakı növlərə ayrılır.

  1. ekstraarid vilayətlər, səhralar (Saxara, liviya, Təklə-Məkan, Atakama və b.)
  2. arid vilayətlər səhralar (Qaraqum, qızılqum, Dəştülit və b.)
  3. semiarid vilayətlər, savanalar (keç. SSRİ-nin yarım səhraları və quru çölləri-Xəzəryanı düzənlik, Kür-Araz düzənliyi Qobustan, Abşeron və s.)[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Geomorfoloji terminlərin izahlı lüğəti . Bakı, "Elm"-2012 səh.20