Arif Şükürov

Şükürov Arif Məmiş oğlu (15 noyabr 1939, Böyük Bəhmənli - 21 sentyabr 2009) — azərbaycanlı yazıçı.

Arif Şükürov
Arif Məmiş oğlu Şükürov
Doğum tarixi
Doğum yeri Böyük Bəhmənli
Vəfat tarixi (69 yaşında)
Fəaliyyəti yazıçı

Həyatı[redaktə | mənbəni redaktə et]

Arif Şükürov 1939-cu ilin 15 noyabrında Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Hekayə və oçerkləri bir sıra qəzet və jurnallarda, ədəbi almanaxlarda dərc edilib, radio-televiziyada hekayə axşamlarında səsləndirilib. 60-cı illərin Sumqayıt zərbəçi gənclər təşkilatına rəhbərlik edib, SSRİ-nin kaqanovçularından olub.

Onun "Sumqayıtdan gələn səslər" kitabında "Kəsə yol" hekayəsi, müəllifi olduğu "Payızın bəylik gecəsi" kitabında "Qoca sakin", "Hər qapı döyüləndə", "Kuluf", "Telli qız", "Axtarış", "Astarsız papaq", "Əmlik quzunun çatısı", "Xurcun", "Amanat" və s. hekayələri milliliyi və baməzəliyi ilə həmişə fərqlənib...

Arif Şükürov 2009-cu il payızının ilk günündə dünyasını dəyişib.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]