Arif Əbdürəhmanov

Arif Nadir oğlu Əbdürəhmanov (5 aprel 1950, Bakı) — "Azərbaycanfilm" kinostudiyasında Quruluşçu rəssam, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Musiqili Komediya, Gənc tamaşaçılar və Opera və Balet teatrlarında qoyulan tamaşaların quruluşçu rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Akademik rəngkarlıq" kafedrasının dosenti, Azərbaycanın Əməkdar rəssamı.[1]

Arif Əbdürəhmanov
Əbdürəhmanov Arif Nadir oğlu
Doğum tarixi 5 aprel 1950(1950-04-05) (74 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyası
Tanınmış işləri "Arşın mal alan" quruluşçu rəssamı, "Sehrli fleyta" operasının dekorasiyalarının, M.Zadornovun "Özümə ər almaq istəyirəm" tamaşasının, M.Maqomayevin "Şah İsmayıl" operasının, E.Aslanovun "Mənim dayım" tamaşasının eskizlərinin müəllifi
Mükafatları Azərbaycanın Əməkdar rəssamı

Əbdürəhmanov Arif Nadir oğlu 5 aprel, 1950-ci ildə Bakıda anadan olmuşdur. O, 1974-cü ildə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının Teatr-Dekor ixtisası üzrə bitirmişdir. Arif Əbdürəhmanov "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Musiqili Komediya, Gənc tamaşaçılar və Opera və Balet teatrlarında qoyulan tamaşaların quruluşçu rəssamı kimi fəaliyyət göstərmişdir. Arif Əbdürəhmanov İstanbul şəhərindəki Camal Rəşid Bəy konsert zalında qoyulan "Arşın mal alan" musiqili komediyasının quruluşçu rəssamı olmuşdur. Rəssam eləcədə V. A. Motsartın "Sehrli fleyta" operasının dekorasiyalarının, M. Zadornovun "Özümə ər almaq istəyirəm" tamaşasına, M. Maqomayevin "Şah İsmayıl" operasının, E. Aslanovun "Mənim dayım" tamaşasının eskizlərinin müəllifidir. Rəssamın əsərləri Türkiyədə, Rusiyada, İranda, Polşada nümayiş olunmuşdur. O, 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Arif Abdürəhmanov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Akademik rəngkarlıq" kafedrasının dosentidir. Arif Abdürəhmanov 2006-cı ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.[2]

  1. https://azertag.az/xeber/GANC_RASSAMIN_XATIRA_SARGISI_ACHILMISDIR-372742
  2. "Arxivlənmiş surət". 2018-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.