Arif Mikayıl oğlu Abbasov (23 iyul 1945, Bakı – 14 iyun 2009, Naxodka, Primorsk diyarı) — futbolçu, məşqçi, hakim.
Arif Abbasov | |
---|---|
Ümumi məlumatlar | |
Tam adı | Arif Mikayıl oğlu Abbasov |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Mövqeyi | hücumçu |
Arif Mikayıl oğlu Abbasov 23 iyul 1945-ci ildə Bakıda doğulub. Azərbaycan futbolunun yetirməsi 1964 – 1974-cü ildə Tomsk şəhərinin müxtəlif komandalarında çıxış edib. Həmçinin, o, Tomsk Dövlət Pedeqoji İnstitutunun Bədən tərbiyəsi fakültəsini bitirib. Futbolçu karyerasını başa vurduqdan sonra hakimliyə başlayan Abbasov Rusiya çempionatının oyunlarına hakim-inspektor qismində təyinat almaqla yanaşı, Tomsk Futbol Federasiyasına rəhbərlik edib. O, 14 iyun 2009-cu ildə hakim-inspektor qismində təyinat aldığı II divizionun "Okean" – "Smena" görüşündən öncə infarktdan dünyasını dəyişib. Abbasov Rusiyada futbol üzrə qış turnirinin əsas təşkilatçılarından biri olub.
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |