Abdullayev Arif Əbdürrəhman oğlu (Arif Abdullazadə) (1940-2002)— şair, nasir, alim, ədəbiyyatşünas, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1977).
ARİF ABDULLAZADƏ | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan SSR |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Fəaliyyəti | yazıçı |
Arif Abdullazadə 1940-cı il aprelin 5-də Şəki şəhərində anadan olmuşdur. Orada 11 saylı şəhər orta məktəbini bitirəndən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961).
Azərbaycan SSR Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat muzeyində redaktor mütəxəssis, kiçik elmi işçi (1961-1962), Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1962-1968), böyük elmi işçi (1968-1976), aparıcı elmi işçi (1976-1993), Müasir Azərbaycan ədəbiyyatı şöbəsində müdir vəzifəsində çalışmışdır (1993-2002).
Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərmişdir (1970-1972).
2002-ci il mayın 31-də Bakıda vəfat etmişdir.
A.Abdullazadə 1966-cı ildə "Öztəmirin həyat və yaradıcılığı" mövzusunda namizədlik, 1977-ci ildə "Azərbaycan poeziyasında yaradıcılıq üslubları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. İlk bədii əsəri 1957-ci ildə dərc olunmuşdur. 5 romanın, 5 monoqrafiyanın və s. əsərlərin müəllifidir. A.Abdullazadə Cəlil Məmmədquluzadənin Novruzəli, Usta Zeynal, Qurbanəli bəy, İskəndər, Hacı Həsənağa, Şeyx Nəsrullah və s. ədəbi qəhrəmanları haqqında silsiləvi şeirlər yazmışdır. Bu şeirlərdə həmin personajların poetik üslubda təhlili verilir, xarakter cizgiləri əks etdirilir.