Arif Miri oğlu Babayev (1 dekabr 1959, Çaykənd, Krasnoselsk rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, professor[1]
Arif Babanlı | |
---|---|
azərb. Arif Miri oğlu Babayev | |
Doğum tarixi | 1 dekabr 1959 (64 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahələri |
Bərk cisimlər fizikası Yarımkeçiricilər və dielektriklər fizikası |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | AMEA Fizika İnstitutu, Süleyman Dəmirəl Universiteti |
Alma-mater | Azərbaycan Dövlət Universiteti |
Təhsili | Ali |
Arif Babayev 1 dekabr 1959-cu ildə Ermənistan SSR Krasnoselo rayonunun Çaykənd kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə Çaykənd orta məktəbini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Fizika fakültəsini bitirdikdən sonra Kosmik Tədqiqatlar Elm İstehsalat birliyidə mühəndis olaraq işə başlamışdır. O, 1992-ci ildə "Ümumiləşmiş izotrop Keyn modelində almaz tipli yarımkeçiricilərdə elektron və deşiklərin enerji spektrləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. A. M. Babayev 1994-cü ildən AMEA-nın Fizika İnstitutunda "Nanokristallar fizikası" laboratoriyasında çalışır. A. M. Babayev 2007-ci ildə "Kiçik ölçülü kvant sistemlərində elektron və deşiklərin enerji spektrləri" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi adına layiq görülmüşdür.
Tədqiqatları, əsasən, aşağı ölçülü yarımkeçirici və yarımmagnit kvant sistemlərində yükdaşıyıcıların enerji spektrlərinin və dalğa funksiyalarının araştdırılmasına, ballistik keçiriciliyə, spintronika sahəsinə aiddir. İlk dəfə olaraq Keyn tipli yarımkeçirici nanostrukturlarda Kleyn paradoksu araşdırılmışdır. Bir zonalı modeldən fərqli olaraq, potensial çəpərin yüksəkliyi sonsuz olan zaman çəpərdən keçmə ehtimalı sıfirdan fərqli olduğu göstərilmişdir. və -tipli yarımkeçiricilərin sferik kvant nöqtələrində yükdaşıyıcıların enerji spektrlərinin tapılması üçün yeni metod təklif etmişdir (AMEA –nın həqiqi üzvü Firudin Məmmədəli oğlu Həşimzadə ilə birlikdə).
1. Ballistic conductance in Kane type semiconductor quantum wire // Eur. Phys. J. B,2010, v.73, p. 133–138 2. Particle penetration in Kane type semiconductor quantum dots//Eur. Phys. J. B2009, v.72, p. 127–131
3. Rashba spin-orbit coupling effect on a diluted magnetic semiconductor cylinder surface and ballistic transport//Superlattices and Microstructures, 2009, v.46, 593–602
4. Rashba spin-orbit coupling effects in Cd1-xMnxTe quantum dots//PHYSICAL REVIEW B,2006, v. 73, 245321
5. Energy spectra of narrow-and zero gap semiconductor quantum dots// J. Phys. Cond. Matter,2000, v.12, 7923–7932