Arif Heydərov (kimyaçı)

Heydərov Arif Əmrah oğlu — kimyaçı, kimya elmləri doktoru, professor.

Arif Heydərov
Arif Heydərov Əmrah oğlu
Doğum tarixi (70 yaş)
Doğum yeri Stalin vilayəti, Ukrayna SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu
kqkiamea.az

Arif Heydərov 5-iyul 1954-cü ildə Ukrayna Respublikasının Stalin Vilayətində (indiki Torez şəhəri) anadan olmuşdur. O, 1970-ci ildə Yardımlı rayonu Yolocaq kənd orta məktəbini bitirdikdən sonra 1971–1975-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji Universiteti) Kimya fakültəsində təhsil almışdır. 1975–1977-ci illər ərzində Yardımlı rayonu Yolocaq kənd orta məktəbində kimya müəllimi işləmişdir. Arif Heydərov 1977-ci ildə Azərbaycan Elmlər Akademyasının (indiki Milli Elmlər Akademyası) Qeyri-üzvi və Fiziki kimya İnstitunun (indiki MEA-ın M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) "Mineral maddələrin texnologiyası" laboratoriyasında aspiranturaya daxil olmuş və 1986-cı ildə "Filizçay polimetallik filizindən alınan sink konsentrantının emalı prosesində qalliumun çıxarılması"mövzusunda namizədlik, 2010-cu ildə isə "Filizçay polimetal sulfid filizinin əsas və müşayət edən komponentlərə görə kompleks emalının elmi əsaslarının işlənib hazırlanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezdenti yanında Ali Atestasiya komissyasının 4 fevral 2011-ci il tarixli qərarı ilə ona kimya elmləri doktoru adı, 8 may 2015-ci il tarixli qərarı ilə ona "Qeyri-üzvi kimya" ixtisası üzrə professor elmi adı verilmişdir. 2011-ci ildən "Mineral maddələrin emalının kimyası və texnologiyası" laboratoriyasının nəzdində yaradılmış "Əlvan və nadir metallar" qrupunun rəhbəri olmuş,2014-cü ildən "Əlvan metal tərkibli mineral xammalın emal" laboratoryasının müdiri vəzifəsində çalışır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Arif Heydərovun elmi fəaliyyəti Azərbaycan ərazisində olan zəngin və kasıb filizlərdən və qeyri-üzvi istehsalat tullantılarından əlavən və nadir metalların çıxarılmasının elmi əsaslarının işlənib hazırlanması durur. 2011-ci ilə kimi o, inert mühitdə Filizçay polimetallik sulfid filizinin pirrotinləşmiş yanmasını və alınan pirrotinləşmiş yanığın avtoklav həll olması şəratini tədqiq etmişdir. Həmçinin onun tərəfindən ağır neftin emalından alınan mazut fraksiyasının yanma külünün emal məhsullarında Vanadiumun paylanması , qatılaşma yerləri və çıxarılmasını təmin edən prinsipial texnoloji sxem təklif olunmuşdur. Sonrakı illərdə Gədəbəy mis tərkibli oksidləşmiş filizin xlorid və hipoxlorit məhlulları ilə yuyulmasının və yuyulmadan alınan məhlullardan mis və sinkin ion dəyişdirici sorbentlər vasitəsilə ayrılmasının optimal şəraitini tədqiq etmişdir. Daşkəsən Filiz saflaşdırma kombinatının tullantılarından qiymətli metalların (Co, Cu, Zn, Mn) çıxarılmasının səmərəli parametr və rejimləri müəyyən edilmişdir. Laboratoriya şəraitində yeraltı aşındırma prosesini modelləşdirən sınaq stendi hazırlanmışdır. 2014-cü ildə "Mineral tullantılardan qiymətli metalları ayırıb saflaşdıran mobil pilot sisteminin qurulması və yarımsənaye sınaqlarının keçirilməsi"mövzusunda onun tərəfindən təklif olunmuş elmi-tədqiqat layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişafı fondunun "Sənaye qrantı" məqsədli müsabiqəsinin (ELF/MQM/ Sənaye-2014–4-19) qalibi seçilmişdir.2012–2014-cü illərdə o, Azərbaycan Respublikası Prezdenti yanında AAK-nın kimya ixtisası üzrə ekspert şurasının üzvüdür. Arif Heydərov 100-ə yaxın elm məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 4 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, 2 nəfər dissertant və 2 nəfər aspirant isə tədqiqat işlərini davam etdirir. Hal hazırda A. Ə. Heydərov Azərbaycan Milli Elimlər Akademyasının Geologiya və Geofizika institutunun "Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası" şöbəsinin rəhbəri k.e.d.prof. Kaşkay. Ç. M. ilə birlikdə Alunit filizinin emalının yeni texnoloji üsulu layihəsi üzərində çalışır.