Arjun

ArjunHindistanın milli tankı.

Arjun
Ölkə
Xüsusiyyətləri
Uzunluğu
  • 11 m
Eni 4 m
Hündürlüyü 2 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk öncə tanka 105 mm-lik top taxılmış və sınaqlarına başlanılmış 40 tonluq əsas döyüş tankı modifikasiyaların hesabına 58.5 tonluq 120 mm-lik topa sahib tanka çevrilmişdir. Bu tankın istehsalı olduqca yavaş getmiş və problerlə dolu olmuşdur. Hindistanın Quru Qoşunları 37 illik hazırlıq proqramı başa çatdırılmış "Arjun"u 2011-ci ildə əsas döyüş tankı qismində qəbul edib.

Hindistan Ordu Təchizatının çap etdirdiyi bir məqalədə 1971-ci ildə baş vermiş Hindistan-Pakistan müharibəsində ordunun ölkənin şimal-qərb hissəsində olan Pakistan sərhədləri boyunca uzanan çətin səhra şəraitinə uyğun olan tanka ehtiyacı olduğunu bildirmişdir. Beləcə 1974-cü ildə MBT-80 (daha sonra Arjun) layihəsi həyata keçirilməyə başlanıldı. Əvvəllər ordu tankın 52 ton və ya daha yüngül ayrıca isti, quru və tozlu şəraitdə işləyə biləcək gücdə olmasını istəyirdi. Əsas silah olaraq 120 mm-lik yivli top düşünülmüşdü.

Şossedə 72 km/saat, yol olmayan yerlərdə isə 40 km/saat sürətlə hərəkət edən “Arjun” 120 mm çaplı top, tankvuran raketlər, 12,7 mm və 7,62 mm-lik pulemyotlar, habelə lazer nişangah və gecəgörmə cihazı ilə təchiz olunub.

Hindistan hökuməti yerli məhsul olan “Arjun” Mk2 tankının kütləvi istehsalına başlanması ilə bağlı qərar verib.

Məlumata görə, 1 alayın ştatına uyğun sayda istehsal ediləcək “Arjun” ölkənin Pəncab bölgəsində dislokasiya ediləcək.

Mk2 özündən əvvəlki istehsal olan Mk1-dən 93 meyar üzrə fərqlənir. Tankın atış imkanı da 8 km-ə qədər uzadılıb.

Tankın çəkisi Mk1 modifikasiyasından 10 ton çoxdur.

Ümumilikdə isə Hindistan Ordusu 300 ədəd “Arjun” Mk2 tankı istehsal etmək niyyətindədir.[1]

hindistan Müdafiə Araşdırma və İdarəetmə Təşkilatı (DRDO) “Arjun” tankının yeni versiyası üzərində tamamlama işlərini başa çatdırıb.

Bu haqda “Army Recognition” məlumat yayıb.

Bundan əvvəlki “Arjun” Mk II tankı 2011-ci ildə DRDO təşkilatı tərəfindən təqdim olunub. Bu tank 37 il əvvəl Hindistanda hazırlanmış “Arjun” Mk I tankının müasirləşdirilmiş versiyasıdır. “Arjun” Mk II modernizə edilərək üzərində bir sıra yenilik edilməsinə baxmayaraq, Hindistan Müdafiə Nazirliyi bu tankın genişmiqyaslı sifarişindən imtina edib.

Hərbi müəssisənin mütəxəssisləri müəyyən ediblər ki, Mk II tankının 93 qüsuru var. Onlardan ən əhəmiyyətlisi tankın çəkisinin ağır olmasıdır. Belə ki, tankın çəkisi təxminən 68 tondur. Dünyanın ən ağır tanklarında hesab olunan “Arjun” Mk II tankının çəkisinin ağır olması onun manevr imkanlarını məhdudlaşdırır. Çay və bataqlıq ərazisindən keçmək tank üçün başlıca maneələrdən biridir. Hindistan ərazisində belə iri həcmli texnikaların hərəkətinə körpülər və yollar tab gətirə bilmir. “Arjun” Mk II tankının digər bir porblemi isə onun qiyməti ilə əlaqədardır. Mk II tankı Hindistan Müdafiə Nazirliyinin əsas döyüş tankı kimi seçdiyi Rusiya istehsalı olan T-90 tankının qiymətindən 50 faiz bahadı. Bu tankın qiyməti 6.500.000 $ təşkil edir.

Hindistanın Müdafiə Nazirliyi tərəfindən göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra “Arjun” Mk II tankı yenilənmiş versiyasını təqdim edib. “Arjun” tankının yeni modifikasiyasının taktik-texniki xarakteristikaları haqqında məlumat verilməsə də, bildirilib ki, tank LAHAT lazer başlıqlı tank əleyhinə raketlə silahlandırılıb. Əgər yeni modifikasiya ordunun xoşuna gələcəksə, DRDO yeni tanklardan 93 ədəd sifariş alacaq.

Məlumatda bildirilir ki, əvvəlcə planlaşdırılıb ki, Müdafiə Nazirliyi 2000-dək yeni tank alacaq. Lakin sifariş 124 ədəd olunub. Digər məlumata görə, dövlət sifarişi 118 ədəd təşkil edib. Hazırda Hindistan Silahlı Qüvvələrinin təxminən 3700 tankı var. Onların əksəriyyəti Sovet və Rusiya istehsalı olan Т-72 və Т-90 tanklarıdır. Yaxın on ildə Т-72 tanklarının istifadə müddəti bitəcək. Əgər yerli tanklar Hindistan Ordusunu qane etməyəcəksə, onlar yenidən zirehli texnika tədarükçüsü axtarmalı olacaqlar.[2]

Qeyd edək ki, 2015-ci ildə Hindistan hökumətinin yerli məhsul olan “Arjun” Mk2 tankının kütləvi istehsalına başlanması ilə bağlı qərar verdiyi bildirilirdi

  1. "Arxivlənmiş surət". 2018-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-18.
  2. "Arxivlənmiş surət". 2018-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]