Arktika ordusu — Kanadanın Şimal qütbündə xidmət edən xüsusi ordusu
Uzun zamandan bəri Şimal qütbü uğrunda Rusiya ilə gərginlik yaşayan Kanada bu istiqamətdə yeni addım atıb. Kanada şimal qütbündə xidmət edəcək xüsusi ordu — "Arktika ordusu" yaradıb.
Kanadanın müdafiə naziri Piter Mak Kay ölkənin şimalındakı sonuncu əyalət olan Şimal-Qərb ərazilərinin paytaxtı Yellounayf şəhərində keçirilən mərasimdə "Arktika ordusu"nun yaradıldığını rəsmi şəkildə açıqlayıb. Nazir hazırda 60 əsgərdən ibarət olan bu ordunun sayının, habelə texnika və digər avadanlıqların artırılacağını, prosesin 2019-cu ilədək davam edəcəyini bəyan edib.
Qeyd edək ki, yeni yaradılan ordu Kanada ordusunun tərkib hissəsi olaraq, şimalda xidmət edəcək. Hazırda isə "Arktika ordusu"nun sayını artırmaq üçün elanla əsgər axtarılır.
Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |